» » Daha iki güləşçimiz finala vəsiqə qazandı

ÖLKƏDƏ / İDMAN

Daha iki güləşçimiz finala vəsiqə qazandı

Azərbaycanın daha 2 sərbəst güləşçisi Ukraynanın paytaxtı Kiyevdə ölkənin məşhur güləşçilərinin və məşqçilərinin xatirəsinə keçirilən yarışda finala çıxıb.
"Onder.tv Qafqazinfo ya istinadən" Azərbaycan Güləş Federasiyasına (AGF) istinadən xəbər verir ki, 61 kq-da mübarizə aparan Əhmədnəbi Qvarzatilov və 70 kq-dakı Cəbrayıl Hacıyev qızıl medal görüşlərinə çıxacaq.
1/8 finalda Macarıstan təmsilçisi Rişard Vilhelmə qalib gələb Qvarzatilov növbəti raundda ukraynalı Kamil Kərimovdan güclü olub. Final yolunda İkramcan Hacımuradovu (Qırğızıstan) üstələyən güləşçi həlledici görüşdə digər Ukrayna idmançısı Andrey Celeplə qarşılaşacaq.
Hacıyev də mübarizəyə 1/8 finaldan başlayıb. Ardıcıllıqla Georgi Robu (Moldova), İvan Kusyak (Ukrayna) və İslambek Orozbekovu (Qırğızıstan) mübarizədən kənarlaşdıran idmançının finaldakı rəqibi özbəkistanlı İlyas Bekbulatov olacaq.
Sərbəst güləş
61 kq
1/8 final: Əhmədnəbi Qvarzatilov – Rişard Vilhelm (Macarıstan) 13:2
1/4 final: Əhmədnəbi Qvarzatilov - Kamil Kərimov (Ukrayna) 11:0
1/2 final: Əhmədnəbi Qvarzatilov - İkramcan Hacımuradov (Qırğızıstan) 7:4
FİNAL: Əhmədnəbi Qvarzatilov - Andrey Celep (Ukrayna)
70 kq
1/8 final: Cəbrayıl Hacıyev – Georgi Robu (Moldova) 6:2
1/4 final: Cəbrayıl Hacıyev - İvan Kusyak (Ukrayna) 4:3
1/2 final: Cəbrayıl Hacıyev - İslambek Orozbekov (Qırğızıstan) 5:3
FİNAL: Cəbrayıl Hacıyev - İlyas Bekbulatov (Özbəkistan)




Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor