» » PA-nın sektor müdiri: Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı vətəndaş cəmiyyəti silsilə tədbirlər keçirəcək

ÜMUMİ / ÖLKƏDƏ / SİYASİ

PA-nın sektor müdiri: Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı vətəndaş cəmiyyəti silsilə tədbirlər keçirəcək


Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar ölkənin aparıcı vətəndaş cəmiyyəti təşkilatlarının Naxçıvan Muxtar Respublikasına səfər edib.
Onder.tv  xəbər verir ki, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev bildirib ki, 2023-cü il, “Heydə Əliyev İli” çərçivəsində vətəndaş cəmiyyətin ayr-ayrı institutları tərəfindən müxtəlif tədbirlər həyata keçirilir: “Belə bir təşəbbüs irəli sürüldü ki, bütün vətəndaş cəmiyyəti institutları, həmkarlar, qeyri-hökumət, veteran və ağsaqqallar təşkilatları, o cümlədən media qurumları birlikdə ulu öndərin həyatının böyük hissəsini həsr etdiyi Naxçıvana səfər təşkil olunsun.
Mən xüsusilə qeyd etmək istəyirəm ki, bu, vətəndaş cəmiyyəti institutlarının buraya ilk dəfə bu tərkibdə səfəridir. Səfər çərçivəsində ulu öndərin ömrünü həsr etdiyi Naxçıvan şəhəri ilə tanışlıq olacaq, “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçiriləcək. Ümumilikdə təqribən 250 nəfər bu səfərdə iştirak edir. Onu da qeyd edim ki, bu “Heydər Əliyev İli” ilə bağlı vətəndaş cəmiyyəti təşkilatlarının ilk tədbiridir, ilin sonunadək bu istiqamətdə silsilə tədbirlər keçiriləcək”.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor