» » "DAYAQ” təşkilatının baş ofisində vətən müharibəsi qaziləri ilə görüş keçirildi.

ÜMUMİ / DÜNYADA / ÖLKƏDƏ / SİYASİ

"DAYAQ” təşkilatının baş ofisində vətən müharibəsi qaziləri ilə görüş keçirildi.


Benilüks Azərbaycanlıları Konqresi ilə "DAYAQ" Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının təşkilatçılığı ilə “DAYAQ” təşkilatının baş ofisində vətən müharibəsi qaziləri ilə görüş keçirildi.


Tədbirdə "DAYAQ" təşkilatının sədri Qalib Əliyev tədbiri açaraq vətən müharibəsi qazilərini salamlayaraq, Avropada fəaliyyət göstərən diaspora fəaliyyətindən söz açdı.


Daha sonra Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov çıxış edərək "DAYAQ" təşkilatının fəaliyyətini yüksək qiymətləndirərək, gələcək əməkdaşlıq planları haqda fikirlərini bölüşdü.








Elsevər Məmmədov Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük vətən müharibəsi və post müharibə dövründə diaspora fəalları dahada əzmlə fəaliyyət göstərdiyini vurğuladı. Diaspora rəhbəri bildirdi ki, ölkəmizin hüdudlarından kənarda yaşayan hər bir azərbaycanlı torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizi hörmətlə anır, qazilərimizə yaradandan şəfa diləyir.


"DAYAQ" təşkilatının sədr müavini Məcid Məmmədov ümumilikdə şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına dövlətimizin diqqət və qayğısından söz açaraq qeyd etdiki, gələcəkdədə Benilüks Azərbaycanlıları Konqresi, "Dayaq" Təşkilatı ilə birgə dövlətimizin prioritet məsələlərindən olan həsas təbəqədən olan vətəndaşlara dəstəyini göstərməyə davam edəcəkdir.


Qazilərimiz və müharibə iştirakçılarımız arasında Gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi turnirindən qalibiyyətlə dönən Asxab Kalayev və qızıl medala layiq görülmüş Ömər Cavadov hədiyyələrlə və fəxri diplomlarla təltif olundu. 20 nəfər qazimiz hədiyyə və maddi dəstəklə təmin olundu.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

SONUNCULAR

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor