» » Tarif Şurasının BƏD QƏRAR VERƏN üzvləri kimlərdir? -TAM SİYAHI On Fev 1, 2021 364

ÜMUMİ

Tarif Şurasının BƏD QƏRAR VERƏN üzvləri kimlərdir? -TAM SİYAHI On Fev 1, 2021 364

Azərbaycan Respublikası Tarif (qiymət) Şurası dünən – 31 yanvarda verdiyi qərarla yenidən ölkə gündəminə gəldi. Şuranın iclasında suyun qiymətlərinə baxılaraq, onun qaldırılması barədə verilən qərar cəmiyyətdə birmənalı qarşılanmadı. 

Millət vəkili Tahir Kərimli parlamentin bu gün keçirilən plenar iclasında Tarif Şurasının ləğv edilməsini təklif edib və qurumu sərt tənqid edib: “Azərbaycanın başının üstündə bir kabus əmələ gəlib, o da Tarif Şurasıdır. Heç kim bilmir ki, orada kimlər var. Bir də gördün qiyməti qaldırdılar. Heç kim də camaatın qabağına çıxmır. Bütün işlər qalıb deputatın üstündə. Tarif Şurası hansı hüquqla insanların rifahının yaxşılaşdırılmasını pozur? Mənə elə gəlir ki, təcili olaraq Tarif Şurasını ləğv etməliyik. Biz heç bilmirik ki, nə vaxt bahalaşma olacaq. Prezidentin gördüyü işə bu qədər kölgə salmaq lazım deyildi”.


AZXEBER.COM mövzunun aktuallığını nəzərə alaraq Tarif Şurasının tərkibini təqdim edir:

Şuranın üzvləri:

Azərbaycan Respublikası maliyyə nazirinin müavini – Azər Bayramov
Azərbaycan Respublikası vergilər nazirinin müavini – Sahir Məmmədxanov
Azərbaycan Respublikası ədliyyə nazirinin müavini – Toğrul Musayev
Azərbaycan Respublikası energetika nazirinin müavini – Gülməmməd Cavadov
Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini – Əli Abdullayev
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini – İlham Quliyev
Azərbaycan Respublikası səhiyyə nazirinin müavini – Elsevər Ağayev
Azərbaycan Respublikası təhsil nazirinin müavini – Firudin Qurbanov
Аzərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini – Anar Əliyev
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədr müavini – İsmayil Hüseynov
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini – Dövlətxan Dövlətxanov
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor