» » “Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən qeyri-hökumət təşkilatına 2022-ci il üzrə təşkilati-texniki xidmətlərin göstərilməsi” layihəsi çərçivəsində “Gənclərin uğurlu karyerasında Vətəndaş Cəmiyyətlərin rolu” tədbir keçirildi

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

“Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən qeyri-hökumət təşkilatına 2022-ci il üzrə təşkilati-texniki xidmətlərin göstərilməsi” layihəsi çərçivəsində “Gənclərin uğurlu karyerasında Vətəndaş Cəmiyyətlərin rolu” tədbir keçirildi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Bakı QHT Resurs və Təlim Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən “Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına 2022-ci il üzrə təşkilati-texniki xidmətlərin göstərilməsi” layihəsi çərçivəsində 30 noyabr 2022-ci il tarixində Bakı Dövlət Universitetində tədbir keçirildi. İctimai Birliyin sədri Rauf Zeyni çıxış edərək tədbiri açıq elan etdi. Çıxışında gənclərin daha uğurlu bir şəxs kimi formalaşmasında təhsilin və vətəndaş cəmiyyətinin əhəmiyyətli dərəcədə rol oynadığını vurğuladı. O, “Kamil vətəndaş, sivil cəmiyyət, güclü dövlət” mövzusunda çıxış edərək bildirib ki, dövlətin uğurlu inkişafında Vətəndaş Cəmiyyətinin inkişafından asılıdır. Daha sonra, layihənin eksperti, “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev çıxış edərək keçmişə nəzərən indiki dövrdə gənclərin uğur qazanmaları üçün hər bir şəraitin mövcudluğundan və bundan səmərəli şəkildə bəhrələnmək lazım olduğunu bildirdi. Son olaraq, Azərbaycan Milli QHT Forumu Könüllüləri İctimai Birliyinin sədri Nərmin Kərimova tədbir iştirakçılarını salamlayaraq gənclərin uğurlu karyerasında könüllülüyün əhəmiyyətdən danışıb. O qeyd edib ki, gənclər üçün fürsətlər, imkanlar çoxdur, bundan düzgün şəkildə yararlanaraq daha bilikli, təcrübəli, uğurlu gənclik və sağlam düşüncəli cəmiyyət formalaşa bilər. Sonda, Rauf Zeyni başda Bakı Dövlət Universitetinin rektoru cənab Elçin Babayev olmaqla, bütün kollektivinə öz təşəkkürünü bildirdi. Tədbirin sonunda xatirə şəkli çəkildi.




Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor