» » QEYRƏT TƏCƏSSÜMÜ" DİLƏ GƏLDİ

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ / HƏRBİ

QEYRƏT TƏCƏSSÜMÜ" DİLƏ GƏLDİ

Ki

      Şəhidlərimizin ölümsüzlüyünü sübut edən daha bir gün yaşandı. 2023-cü ilin ilk günlərində şairə-publisist Manya Səxavətqızının şəhidlərimizə həsr etdiyi növbəti kitabının təqdimatı keçirildi. Bu dəfə şairə Avqust döyüşlərinin və Aprel döyüşlərinin qəhrəmanı, 14 iyul 2016-cı ildə Ağdamın Baş Qərvənd kəndində düşmənin növbəti təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan Məmmədov Toğrul Səyyad oğlunun şərəfli ömür yolundan və örnək götürüləcək döyüş yolundan bəhs etdiyi "QEYRƏT TƏCƏSSÜMÜ" adlı kitabını oxuculara təqdim etdi. Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilən tədbir Toğrul Məmmədovun bir zamanlar hərbi təhsil aldığı Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) keçirildi. Tədbirdə Şəhid ailələri, Azərbaycan Ordusunun yüksək rütbəli hərbçiləri, general-mayor Anar Kərimov, general-mayor Qulu Məhərrəmli,zabit və kursant heyəti, Azərbaycan Ali Hərbi Məktəbin rəisi general-mayor Füzuli Salahov, qazilər, hərbçilər, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva, İcra nümayəndələri, incəsənət xadimləri, media nümayəndələri və digər qonaqlar iştirak etdilər.
      İlk olaraq bir dəqiqəlik sükutla vətənimiz uğrunda canından keçən şəhidlərimizin ruhları anıldı və Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. Sonra tədbirin aparıcısı Xanlar Mehdiyev tədbiri açıq elan etdi. İlk olaraq səhnəyə "QEYRƏT TƏCƏSSÜMÜ" adlı kitabın müəllifi şairə-publisist Manya Səxavətqızı dəvət edildi. Toğrul Məmmədov, kitab və tədbir haqqında ətraflı məlumat verən Manya Səxavətqızı daha sonra çıxış üçün sözü digər qonaqlara verdi. Şəhid qardaşı Üzeyir Məmmədov da gələn qonaqlara təşəkkürünü bildirdi. Bu günün onun üçün nə qədər böyük önəm kəsb etdiyi şəhid qardaşının hər sözündən bəlli olurdu.

     Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilən bu təqdimatda Toğrul Məmmədovu yaxından tanıyan Müdafiə Nazirliyinin Mühəndis Qoşunları baş idarəsinin rəisi general-mayor Kərimov Anar Təvəkkül oğlu Toğrul Məmmədov haqqında xatirələrini bölüşdü və atılan addımı yüksək qiymətləndirdi.
     Hər zaman şəhid ailələrinin yanında olan, şəhidlərimizin adlarının unudulmaması üçün addımlar atan, Milli Məclisin deputatı, Əməkdar Rəssam, "Yeni Era" Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü Ülviyyə Həmzəyeva, Şəhid anaları Gülşad xanım, Ramilə xanım, ehtiyatda olan polkovnik Hacızalov Rüstəm Tofiq oğlu, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi general-mayor Qulu Novruzov, Toğrula Heydər Əliyev adına Hərbi Liseydə dərs deyən Azilə müəllimə, bir zamanlar Toğrulla bərabər hərbi lisey və məktəblərdə təhsil alan, Toğrulun adını atdıqları addımlarla yaşadan və övladlarına əmanət edən dostları və silahdaşları mayor Məhəmməd Muradov, mayor Samur Haqverdiyev, mayor Elçin Həsənov, mayor Əflatun Məmmədov , Röyal Hənfiyev, Ruslan Səfərov, Səxavət İsmayıllı, baş -gizir Elçin İsmayılov, uşaqlıq dostları Ömər Məmmədov, Toğrul Hacıyev, Elçin Cəfərov, Toğrulun dostu, İctimai-siyasi proseslər, Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Adıgözəlli Samir Saleh oğlu, Nərimanov rayon İcra Hakimiyyətinin Gənclər və İdman idarəsinin rəisi Nəcəf Novruzov, "Qayıdış" İctimai Birliyinin sədri Hasil Tağıyev, şəhid qardaşı, qazi oğlu Şahin Məmmədov çıxış etdilər. 





QEYRƏT TƏCƏSSÜMÜ" kitabında yer alan "QİSASIM ALINDI" şeirinə Fərid Kərimlinin bəstələdiyi həzin nəğməni Azərbaycan Respublikasının Xalq artisti İlqar Muradovun və gənc müğənni Nigar Rəhimovanın ifasında dinləmək izləyicilərə duyğulu anlar yaşatdı.
Qanı ilə tarix yazan qəhrəman Toğrul Məmmədovun xalqın qəlbində əbədi olaraq yaşadığı bir daha sübut olundu.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor