» » Uşaq evində böyüyən şəhidin anası tapıldı.

ƏSAS / ÖLKƏDƏ / HADİSƏ / HƏRBİ

Uşaq evində böyüyən şəhidin anası tapıldı.

Ki
Uşaq evində böyüyən bir şəhidimiz var idi. Düz 5 ay morqda qaldı, yaxın qohumları, ailəsi tapılmadı ki, DNT testi ilə nəşi tanınsın, dəfn edilsin. Elə kimsəsiz kimi də dəfn edildi. 
Rajapov Əmrah Füzuli uğrunda gedən döyüşlərdə oktyabrın 8-də şəhidlik zirvəsinə ucalmışdı. Gəncənin Şəhidlər Xiyabanında torpağa tapşırıldı.


Əmrah 2000-ci ildə Gəncədə anadan olub. 2019-cu ilin oktyabrında isə hərbi xidmətə yollanıbmış. Atası və anası kiçik yaşlarında öldüyü deyilsə də, sən demə hər ikisi sağ imiş. 
 
İki gün əvvəl bir şəhid yaxını zəng etdi, Əmrahın anasının sağ olduğunu və mənimlə danışmaq istədiyini dedi. Bugün danışdıq. 


Həyatını qısaca anlatdı:


Gövhərcan Rajapova Yaraş qızı Türkiyədə yaşayır. Əslən türkmənistanlıdır. Anası onu istəmədiyi bir oğlanla zorla evləndiribmiş. Goranboyda yaşayırmışlar. Bir müddət sonra ayrılırlar. Əmrahın 7 yaşı olanda Gəncədə kirayə ev tutaraq onu nənəsi və bacısına əmanət edərək Türkiyəyə işləməyə gedir. İşləyib pul göndərirmiş. Bir müddət sonra əlaqələr kəsilir. Nənəsi vəfat edəndən sonra Əmrah uşaq evinə verilir. Orada böyüyür. Gövhərcan deyir ki, Əmraha anasının və atasının öldüyü deyilibmiş. Gövhərcan Türkiyədə ailə qurub. Bir qızı da var. Amma deyir ki, heç bir sənədəim yoxdur. Əmrahın şəhid olmasını da 2022-ci ilin sonlarında qonşu qızın telefonundakı tiktokdan öyrənib. Bacısına və anasına çox qəzəblidir. Hazırda heç bir sənədi yoxdur. Sənədlərini düzəldib oğlunun məzarına gəlmək istəyir.

Bu sözləri gənc alim,şəhid mayor Vüsal Vəliyevin qardaşı Elyar İslam oğlu öz Facebook hesabında yazıb.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor