» » Gənc Vətənpərvərlər İctimai birliyinin İlham Əliyevə ünvanladığı məktubu

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

Gənc Vətənpərvərlər İctimai birliyinin İlham Əliyevə ünvanladığı məktubu

Azərbaycan Respublikasının prezidenti
İlham Heydər oğlu Əliyev Cənablarına
Bakı şəhəri, Nəsimi rayonu İcra Hakimiyyətinə;
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə
Üzeyir Hacıbəyli küçəsi 66 və Zərifə Əliyeva küçəsi
59 saylı ünvanda “TAC 1 RESİDENCE” Mənzil-Tikinti
Kooperativi tərəfindən “pilot layihə” çərçivəsində
mənzilləri sökülmüş 105 mülkiyyətçi tərəfindən
 
 
Ə R İ Z Ə
 
Hörmətli Prezident!
Sizin uğurlu siyasətiniz nəticəsində ölkəmiz günü-gündən daha da inkişaf edərək öz infrastruktur layihələri ilə bütün dünyaya inteqrasiya olunmuş, Azərbaycan Respublikası iqtisadi sahədə inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur. Bu mənada Respublikanın şəhər, kənd və qəsəbələrinin inkişafına xüsusi qayğı ilə yanaşılması bu uğurlu siyasətin bariz nümunəsidir. Hətta doğma Qarabağımızı Uca Hamısıahın köməkliyi ilə Azərbaycan xalqına qaytarmaqla xalqımızın qürurunu bərpa edərək türk dünyasının görkəmli sərkərdələrinin öndə gedənlərindən biri olmaqla adınızı tarixə yazdırdınız. Artıq bütün dünya Azərbaycan adlı bir dövləti tanıyır və beynəlxalq arenada da dövlətimizə hörmətlə yanaşılır. Bütün bunlar dövlətimizin başçısı olaraq Sizin uğurlu siyasətinizin bəhrəsidir. Sizin bu səmərəli siyasətiniz və ölkəmizin inkişafı yolunda atdığınız addımları Azərbaycan Respublikasının vətəndaşları olaraq fəxr və qürurla izləyərək ilk öncə bütün bu əməkləriniz üçün Sizə böyük minnətdarlığımızı və təşəkkürümüzü bildiririk!
Siz hər üç prezident seçkilərində Azərbaycan Respublikasının prezidenti olaraq hər bir vətəndaşımızın firavan yaşamasının və təhlükəsizliyinin qarantı olduğunuzu bildirmisiniz və öz işiniz və uğurlu siyasətinizlə dediklərinizin publika xətrinə olmadığını, həqiqət olduğunu sübut etdiniz.
Qeyd olunanları əsas tutaraq, eyni zamanda qayğıkeş və diqqətli bir rəhbər olaraq hazırda Sizə müraciət edərək, qiymətli vaxtınızın bir hissəsini bizə ayırmanızı istərdik.
“TAC 1 RESİDENCE” Mənzil-Tikinti Kooperativi Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi 66 və Zərifə Əliyeva küçəsi 59 saylı ünvanda yerləşən bizlərə məxsus yaşayış binalarını “pilot layihə” çərçivəsində sökərək yerində hündürmərtəbəli binaların tikintisi və bizə təhvil verilməsini öhdəsinə götürmüşdür.
Biz 105 ailə, yəni 105 mənzilin sahibləri MTK tərəfindən kirayə mənzillərə çıxarılmışıq ki, qısa müddət ərzində mənzillərimiz tikilib bizə təhvil veriləcəkdir.
Lakin 2 ildir ki, Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi 66 ünvanında tikilməkdə olan binanın tikintisi 8-ci mərtəbəyə çatanda dayandırılmışdır. Bu isə bizim mənzil təminatımızı gecikdirir. Bununla bağlı müxtəlif dövlət orqanlarına çoxsaylı mürcaiətlərimizin olmasına baxmayaraq yenə də tikinti davam etdirilmir.
MTK tərəfindən bizim binanın yaxınlığında 22 mərtəbəli bina inşa olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı Qərarına və Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 26 dekabr 2017-ci il tarixli, 345 saylı Sərəncamına əsasən biz sakinlərin evləri olan ərazidə 2 ədəd 22 mərtəbəli binanın inşası nəzərdə tulumuş, həmin binalardan birinin inşası başa çatdırılmışdır. Bir-birinə olduqca yaxın məsafədə inşa olunmuş iki binadan birinin 22 birinin isə 8 mərtəbə olması bizlərin mənzil təminatını gecikdirməklə yanşı şəhərin arxitektur gözəlliyinə də xələ gətirir.
Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyətinin isə məsələyə biganə yanaşmasının səbəbi bizlərə də müəmmalı olaraq qalır. Halbuki, pilot layihə çərçivəsində MTK və biz – sakinlər, arasında bağlanan Müqavilədə İcra Hakimiyyətinin nümayəndələri də şəxsən iştirak edib, Tərəf olaraq çıxış edib imzaları ilə sakinlərə öz tərəflərindən təminat veriblər və bu barədə Müqavilədə də müddəalar vardır. Biz sakinlər artıq dərk eləmişik ki, bizim mənzil təminatı ilə bağlı problemimiz göydə Hamısıahın, yerdə isə Sizin köməkliyiniz vasitəsilə həll oluna bilər.
Çox dəyərli Prezidentimiz! Qeyd olunanları nəzərə alaraq Sizdən artıq dərəcədə xahiş edirik ki, mənzil problemlərimizin həll olunması məqsədilə tikintinin davam etidirilməsi ilə bağlı aidiyyatı dövlət orqanlarına göstəriş verilməsinə tapşırıq verəsiniz.
Nüsxələr göndərilmişdir:
1) Azərbaycan Respublikası Nazirlər Kabinetinə;
2) Bakı şəhəri, Nəsimi rayonu İcra Hakimiyyətinə;
3) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor