» » “Atanızın yaxın dostu olaraq sizi təbrik edirəm” - Prezidentə yazırlar

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

“Atanızın yaxın dostu olaraq sizi təbrik edirəm” - Prezidentə yazırlar


Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ünvanına həm ölkə daxilindən, həm də xarici ölkələrdən dəstək məktubları gəlməkdə davam edir. Vətəndaşlar məktublarında hər zaman ölkə başçısının yanında olduqlarını yazırlar.
“Qafqazinfo” həmin məktublardan bir neçəsini təqdim edir:
Zaur Spivakdan, Berlin, Almaniya
Cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Sizin Azərbaycan naminə gördüyünüz bütün işlər xalqımız tərəfindən dəstəklənir. Qələbə ilə başa çatan 44 günlük müharibədə Xalq-Ordu-Prezident vəhdəti dünyaya sübut etdi ki, Azərbaycan xalqı Sizin rəhbərliyinizlə hər şeyə qadirdir. Həmin günlərdə biz- Vətəndən kənarda yaşayan azərbaycanlılar - Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəklədiyi Azərbaycanlıların Koordinasiya Şuralarında birləşən diaspor təşkilatları Vətənin bu məsuliyyətli günlərində üzərimizə düşən vəzifəni dərk edərək Azərbaycanın haqlı mübarizəsini, öz torpaqlarını işğaldan azad etmək haqqının olduğunu yaşadığımız ölkələrin, şəhərlərin müxtəlif orqanlarına çatdırmağa səy göstərdik, erməni təxribatlarına bütün səviyyələrdə layiqli cavablar verdik. Azərbaycan diasporu daim Sizin qayğı və diqqətinizi hiss edir. Bu il “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı və təşəkkürnamə ilə təltif olunan soydaşlarımızın adları içərisində mənim də adımın olmasından qürur və fərəh hissi keçirdim. Bu, Sizin və dövlətimiz tərəfindən mənim fəaliyyətimə verilən yüksək qiymətdir.
Cənab Prezident! Sizə dərin minnətdarlığımı bildirirəm. Sizi əmin edirəm ki, daim Vətənimizin yanında olaraq, ölkəmizin dünyada daha yaxşı təbliği və beynəlxalq aləmdə milli maraqlarımızın qorunması üçün əlimdən gələni edəcəyəm.
Hörmətlə,
Zaur Ağakazım oğlu Spivak
Almaniya Federativ Respublikası, Berlin şəhəri.
Cavid Çağlardan, İstanbul, Türkiyə
Hörmətli cənab Prezident, dəyərli qardaşım,
Sizi Ermənistanın işğalına qarşı mübarizədə qazandığınız Qələbə münasibətilə təbrik edir və alqışlayıram.
Rəhbərliyiniz altında müzəffər Azərbaycan Ordusunun uğuru bizi çox sevindirdi. Atanızın yaxın dostu olaraq Sizi və Azərbaycan xalqını təbrik edir, yeni ilinizin uğurlu olmasını arzu edirəm.
Hörmətlə,
Cavid Çağlar, keçmiş dövlət naziri.
Türkiyə Respublikası, İstanbul şəhəri.
Xədicə Məmmədəliyevadan, Tərtər, Azərbaycan
Hörmətli cənab Prezident.
Xalqımıza yaşatdığınız tarixi Zəfər üçün Sizə sonsuz minnətdarlığımızı bildiririk. Bu 30 ildə bizlərə- məcburi köçkünlərə böyük diqqət və qayğı göstərmisiniz. Mən fəxr edirəm ki, Sizin rəhbərlik etdiyiniz ölkənin vətəndaşıyam. Sizə uzun ömür cansağlığı arzulayıram.
Hörmətlə,
Məmmədəliyeva Xədicə Məhəmməd qızı,
Kəlbəcər rayonundan məcburi köçkün.
Azərbaycan Respublikası, Tərtər rayonu, Yeni qəsəbə.
Baba Əliyevdən, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident!
Hər bir azərbaycanlının əbədi qürur duyacağı Müzəffər Ali Baş Komandan!
Başa vurduğumuz 2020-ci ildə istər çoxşaxəli islahatlar və pandemiya ilə mübarizədə öncül rəhbər, istərsə də müzəffər lider və Azərbaycan xalqının amalını gerçəkləşdirən şəxsiyyət kimi könülləri yenidən fəth etdiniz. 44 gün davam edən və işğal altındakı yurd yerlərimizin şanlı ordumuz tərəfindən azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Siz xalqımızın haqq işi uğrunda əsl fədakarlıq nümunəsi ortaya qoyaraq tarixi ədaləti bərpa etdiniz.
Sizin “Qarabağ Azərbaycandır!” ifadəniz bu gün bütün dünya azərbaycanlıları üçün milli qürur, fəxarət, birlik və həmrəylik göstəricisidir. Bu qəhrəman xalqa, bu müqəddəs Vətənə sonsuz sevginiz ətrafında əldə edilmiş əvəzsiz birlik və həmrəyliyi də heç vaxt və heç nə sarsıda bilməz. Bu birlik və həmrəyliyimizin, əzəli və əbədi torpaqlarımızın azad olunması sevinci ilə Sizi, qürurunu hər gün yaşadığımız və yaşayacağımız Zəfər Günü münasibətilə ürəkdən təbrik edir, Sizə cansağlığı və uzun ömür, müstəqil Azərbaycanımızın daima inkişafı naminə yeni-yeni uğurlar arzulayıram.
Yaşasın Azərbaycan, yaşasın Xalq-Prezident həmrəyliyi!
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Əliyev Baba Yaşar oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu.
Elmir Kazımovdan, Füzuli, Azərbaycan
Müzəffər Ali Baş Komandan,
44 günlük Vətən müharibəsində qazandığınız parlaq Qələbə münasibətilə Sizi və Azərbaycan xalqını təbrik edirəm. Doğma kəndimiz, orada keçirdiyim uşaqlıq illərinin xatirələri 28 ildə bir an da olsa mənim yadımdan çıxmadı. Bu illər ərzində Qarabağımıza, doğma yurd-yuvamıza qayıtmaq arzusu ilə yaşamışıq. Nəhayət ki həmin gün gəlib çatdı.
Müzəffər Ali Baş Komandan, Sizin rəhbərliyiniz və uzaqgörən siyasətiniz nəticəsində biz Qələbənin sevincini daddıq. Bu gün biz öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalqıq.
Hər bir qarabağlı kimi mən də Qarabağımıza, Yuxarı Yağlıvənd kəndinə qayıdacağım günü səbirsizliklə gözləyirəm.
Cənab Prezident, icazənizlə Sizi və ailənizi babam Seyid Musa Ağanın ocağına dəvət edirəm. Çünki bizlərə bu sevinci yaşadan, dədə-baba ocaqlarımıza qaytaran məhz Sizsiniz. Buna görə Sizə bir daha minnətdarlığımı bildirirəm.
Sizə ilk növbədə cansağlığı, tükənməz həyat eşqi, bol-bol uğurlar arzu edirəm.
Hakimiyyətə gəldiyiniz ilk gündən çiyinlərinizə necə mürəkkəb və məsuliyyətli, eyni zamanda şərəfli missiyanın düşdüyünü anlamış, bu yolda yorulmadan, əzmlə addımlamısınız. Şükürlər olsun ki, bu gün də çəkdiyiniz əziyyətin bəhrəsini gördünüz. Bu gün ərazi bütövlüyünü bərpa etmiş qalib sərkərdə,
Müzəffər Ali Baş Komandansınız.
Sizin kimi bir lideri olduğu üçün Azərbaycan xalqı çox xoşbəxtdir. Sizə ancaq Qələbə yaraşır.
Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Azərbaycan!
Hörmətlə,


Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor