» » Haaqada 31 Mart soyqırımı qurbanlarının xatirəsi anılıb

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

Haaqada 31 Mart soyqırımı qurbanlarının xatirəsi anılıb

1918-ci ilin mar-aprel aylarında ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı qurbanlarının xatirəsi Niderlandın Haaqa şəhərində də anılıb.
Onter.TV xəbər verir ki, Hollanda Azərbaycan-Türk Kültür Dərnəyinin təşkilatçılığı ilə keçirilmiş anım tədbirində bu ölkədə yaşayan Azərbaycan və türk icmalarının üzvləri, diaspor fəalları iştirak ediblər.
Anım tədbiri 1918-ci il 31 Mart soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Hollanda Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın soyqırımla bağlı məlumat verib. O, qanlı hadisələrlə bağlı yaşlı nəsildən eşitdiyi xatirələrini bölüşüb.
“Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi assosiasiyasının rəhbəri Mayisə Ağamirzəyeva və “Odlar Yurdu” Niderland-Azərbaycan Assosiasiyasının rəhbəri Firəngiz Bağırova erməni bolşeviklərinin günahsız insanlara amansızlıqla əzab verərək qətlə yetirmələrindən danışıblar.


Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor