» » QHT sədri: "Ermənistan sülh müqaviləsi imzalamaq istəyirsə, terror cinayətləri həyata keçirməsi başadüşülən deyil"

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ / SİYASİ

QHT sədri: "Ermənistan sülh müqaviləsi imzalamaq istəyirsə, terror cinayətləri həyata keçirməsi başadüşülən deyil"

"Ermənistan sülh müqaviləsi imzalamaq istəyirsə, terror cinayətləri həyata keçirməsi başadüşülən deyil".
QHT.az  "Report"-a istinadən xəbər verir ki, bunu Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni Beynəlxalq Avrasiya Mətbuat Fondunun ofisində Suqovuşanda aprelin 26-da baş vermiş mina insidenti ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib.
 
"Sülh müqaviləsi imzalamaq istəyirsənsə, bu qədər günahsız insanı mina qurbanına çevirməyə nə ehtiyac var?! Buradan Ermənistana səslənirik ki, terrora son qoyun, regionda sülhün, sabitliyin, qarşılıqlı əməkdaşlığın bərqərar olmasına öz töhfənizi verin", - deyə o bildirib.
 
Tədbirdə çıxış edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti (BAMF) Umud Mirzəyev isə vurğulayıb ki, Ermənistan ötən illər ərzində azad olunan ərazilərdə basdırdığı minaların dəqiq xəritələri haqqında Azərbaycana məlumat vermir: “Həmçinin bu gün də təxribatlarını davam etdirərək işğaldan azad olunmuş əraziləri yenidən minalarla çirkləndirir. Nəticədə mülki şəxslərin və hərbçilərin həyatı ciddi təhlükə altına düşür. Bu günədək BAMF-nin üç əməkdaşı şəhid olub. Təbii ki, bu kimi hadisələrdən sığortalanmamışıq. Çünki fəaliyyətimiz məhz azad olunan ərazilərdə həyata keçirilir".
 
Tədbirdə çıxış edən digər QHT nümayəndələri də bu kimi terror hadisələrinə qarşı olduqlarını bildiriblər.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor