» » Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə “İnsan hüquqları və vətəndaş cəmiyyəti” mövzusunda ictimai müzakirə keçirildi.

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ / SİYASİ

Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə “İnsan hüquqları və vətəndaş cəmiyyəti” mövzusunda ictimai müzakirə keçirildi.











Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə “İnsan hüquqları və vətəndaş cəmiyyəti” mövzusunda ictimai müzakirə keçirildi.
Azərbaycan Milli QHT Forumu “İnsan hüquqları aylığı” çərçivəsində keçirilən silsilə tədbirlərin davamı kimi, Bakı QHT Resurs və Təlim Mərkəzində Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə “İnsan hüquqları və vətəndaş cəmiyyəti” mövzusunda ictimai müzakirə keçirildi. Tədbiri açıq elan edən Forumun prezidenti Rauf Zeyni, Ulu Öndər Heydər Əliyevin insan hüquqları konteksində tarixi xidmətlərindən bəhs etdi və Ulu Öndər Heydər Əliyevin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Tədbirdə iştirak edən OMBUDSMAN aparatının nümayəndəsi cənab Mahir Məmmədov, “Bərəkət” İctimai Birliyinin sədri professor Niyazi Həsənov,  “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə, “Cəmiyyətin İnkişafı Mərkəzi” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli, “Modern Ailə və İnkişaf” İctimai Birliyinin sədri Zərifə Quliyeva, “Qayğıya ehtiyacı və əllilliyi olan şəxslərə dəstək” İctimai Birliyinin sədri Yasəmən Qəyyumlu, “Korrupsiya və Qanun” qəzetinin baş redaktoru Xuraman Əhlimanqızı və  Güloğlan Pəlioğlu, “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev, “Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyinin sədri Zamin Zeynalov, “Əbdürrəhim bəy Haqverdiyev Mərkəzi”-nin sədri Eldar Məlikov şəffaflığın artırılması, ictimai nəzarətin gücləndirilməsi, məmur özbaşnalığına son qoyulması, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi və MQF-ə üzv olan təşkilatların bu yöndə birgə fəaliyyət göstərməsi və ümumiyyətlə vətəndaş cəmiyyətinin bu istiqamətdə fəaliyyətinin gücləndirilməsi iştirakçılar tərəfindən təklif kimi irəli sürüldü. 
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor