» » Azalın əməkdaşları,Azərbaycan vətəndaşlarını "əsir"saxladılar.

ƏSAS / ÜMUMİ / DÜNYADA / ÖLKƏDƏ / SİYASİ / İQTİSADİ / ANALİTİK / MÜSAHİBƏ / HADİSƏ / HƏRBİ

Azalın əməkdaşları,Azərbaycan vətəndaşlarını "əsir"saxladılar.




İstər 44 günlük savaşda Müzəffər Ali Baş Komandan İlham Əliyevin başcılığı ilə qazandığımız qələbə, istərsədə ölkəmizdə gündən günə aprılan abadlıq işləri bunu göstərir ki,Azərbaycan inkşaf edir.Bu bir mənalıdır.Amma hər sahədə olan 1,2 adbatıran məmurlar bu inkşafa kölgə salmağa davam edir.Bir tərəfdə şəxsi ədavət sürüb rüşvətxorları başımıza getirib işdə əsəblərimizlə oynayanlar,digər tərəfdə də dövlət işini özünün şəxsi obyekti hesab edənlər.Deməli 10 gündür ki min bir əzab- əziyyətlə nəhayyətki atamı və anamı doğma ata- baba torpağımız olan Naxçıvana yola sala bildim.Atamın 72 yaşı var və Alzheimer xəstəsidir.Bu gün səhər anamın zengiylə oyandım,atan narahatdır bilet al geri qayıdaq.Bununlada mənim bilet alma mübarizəm yenidən bu səfər Naxçıvandan Bakıya başladı. Yenə çətinliklə,nəysək bu günə bilet tapdıq.Təyyarə saat 5"in yarsı enməli idi.Məndə düşündüm ki xəstə adam,yaşlı qadın,birdə təbiki əllərində pal-paltarları anam bunları getirməyə cetinlik cəkəcək ,elə dövlətimiz sağolsun bu hava limanının 2 mərtəbəli tikib ki,biz vətəndaşlarda belə hallarda istifadə edə bilək.Getdim ki,təyyarənin enməsindən 20"dəqiqə  keçməsinə baxmayaraq veşlər hələdə verilməyib.Baxdımki hava istidi və övladlarımda yanımdadı ,ətrafdada maşın yoxdu dedim 10 dəqiqə gözleyim burda.Ele onda bu hava limanını öz şəxsi obyekti hesab edənlərdən biri peyda oldu ki,sən burda maşın saxlaya bilməzsən.Dedim bəs atam xəstədi,yaşlı anamla gəlir, özümdə maşının icindəyəm mühərriki söndürməmişəm ,heç kimə də,maniə olmuram.Baxın az irəldə AA seriyalı maşında dayanıb.Mənə dinləmədən maşınımın fotosunu cəkib getdi.O gedəndən təxminən 5/10 dəqiqə sonra atamgil gəldi.İstəyirdik ki, hava limanından ayrılaq baxdıq ki, yoox bizi öz ölkəmizdə maşın qarışıq "əsr" götürüblər.Qayıtdıq geri,dedim araşdırım nə məsələdi 6-7 əməkdaş əl-qolunu ölçə-ölçə tökülüb gəldilər.Mən sual verəndə ki,mənə məxsus olan şəxsi avtomobilimin hava limanından çıxışına niyə qadağan qoyursunuz?Növbə rəisi buyurdu ki,yaxşı eləmişik özümüz bilərik.Deməli maşının içində xəstə atam,2 azyaşlı övladım,yaşlı anam,bunları maraqlandırmır.Düz 2 saat bizi hava limanında saxladılar nə etdimsə fayda vermədi.Atamın halı pisləşdi tecili yardım cağırdım.Uşaqlar qorxudan ağlayır,istidə bir tərəfdən.Bunlarda düşmən "əsir" tutmuş kimi olanları seyr edirlər arada da kondisonerli otaqlarına girib sərninləyib cıxırlar.O qarışıqda 5"ci sinifdə oxuyan qızım mənə yaxınlaşıb sual verdi ki ,ata Bakı airaportunu düşmənlər işğal edib?Cavab vermədiyimi görəndə bela etdi..Bəs niyə Azərbaycan dilində danışırlar?Bu söz mənə çox pis təsir etdi.Deməli mənim kimi hüquqlarını bilən adamı bu özbaşına "məmurlar" öz ölkəmdə "əsir"edibsə hüquqlarını bilməyənlərin başına görün hansı hadisələri gətirərlər.Sonra DİN"nin 102  polis xidmətinə zeng vurdum burdan Azerbaycan polisinə dərin minnətdarlığımı bildirirəm gəldilər və bizə şərait yaratdılar ki atamı və ailəmi eve getirə bilim.Hava limanından ayrılanda beynim suallarla dolu idi.Görəsən bu gün mənim ailəmin cəkdiyi bu əziyyəti daha nəcə ailə cekib?Və bunlar bu cəsarəti hardan alır?Mənim övladlarımın yaddaşından bu günü necə silə
bilərəm?
Ümid edirəm ki,bu məsələ tezliklə öz həllini tapacaq!!!
Hadisə:08.07.2023-cü ildə baş verib.

Ramil Əliyev"inkşafa və islahatlara dəstək"İB sədri
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor