» » Turan-Türk Dövlətləri Veteranlar Birliyi yaradıldı.

ƏSAS / ÜMUMİ / DÜNYADA / ÖLKƏDƏ / MÜSAHİBƏ / HADİSƏ / HƏRBİ

Turan-Türk Dövlətləri Veteranlar Birliyi yaradıldı.




Qazaxstan Respublikasının Almatı şəhərində Türkiyə, Azərbaycan və Qazaxstan veteranlarının Turan-Türk Dövlətləri Veteranlar Birliyinin yaradılması barədə 1-ci Beynəlxalq Forum keçirildi. Möhtəşəm qardaşlıq və birlik şüarı altında keçirilən tədbirdə Türkiyənin Almatı şəhərindəki  Konsulunun müavini Evren Müderrisoğlu, Azərbaycanın Almatı şəhərindəki Konsulu Anar Hüseynzadə,
Türkiyə Muharib Qaziləri Dərnəyinin Başqanı Beyazit Yumuk, Türkiyə Harb Malulu Qazi, Şəhid ailələrinin və Yetimlər Dərnəyi Başqanı Mystafa Işıq, Qazaxstan Respublikası Veteranlar Birliyinin Sədri Murad Myxamedjanov,  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədrinin səlahiyyətli nümayəndəsi Elmar Hüseynov, Qazaxstan Respublikasında Azərbaycan Diasporunun Assambleyası sədr müavini Allahverdi Məmmədov, Azərbaycan Diasporunun Almatı şəhəri üzrə sədri Qəhrəman Sadıyev,
Qazaxstan Respublikasının "Generallar Şurası"-nın Sədri general-mayor Tulegenov Mahmud Ötegenoğlu, Azərbaycan Milli  Akademiyasının elmi işçisi, dosent Faiq Ələkbərov, Jurnalist Həcər Abbaslı, İş adamı Tanrıverdi Hacıyev, Almatı şəhərində yaşayan Türkiyə, Azərbaycan ictimai fəalları, iş adamları, Qazaxstanın müxtəlif vilayətlərindən gələn Veteranlar iştirak etdilər. Tədbirdə Anar Hüseynzadə, Mahmyd Tulegenov, Elmar Hüseynov, Murad Muhammedjanov, Qəhrəman Sadıyev,  Aliyə Muhamedjanova çıxış etdilər. Onlar Turan-Türk Dövlətləri Veteranlar Birliyinin yaranmasını alqışladılar. Gələcəkdə bu Birliyə Özbəkistan, Qırğızıstan,  Türkmənistan,  Şimali Kipr Türk Cümhuriyyətinin də daxil olmasını arzuladılar. Qazaxstan və Azərbaycan veteranları arasında ikitərəfli Beynəlxalq müqavilə imzalandı.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor