» » İlham İsmayılov: “Türk dövlətləri vətəndaş cəmiyyəti təmsilçilərinin bir-biri ilə əlaqələrin qurulması vacibdir”

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

İlham İsmayılov: “Türk dövlətləri vətəndaş cəmiyyəti təmsilçilərinin bir-biri ilə əlaqələrin qurulması vacibdir”

Xəbər verdiyimiz kimi, Azərbaycanın işğaldan azad olunmuş Füzuli şəhərində Azərbaycan-Özbəkistan Qeyri-Hökumət Təşkilatlarının əməkdaşlıq forumu keçirilib. Türk xalqları ilə ilk dəfə keçirilən belə bir forumun əhəmiyyəti, gözləntiləri nədən ibarətdir?

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov Demokrat.az-a açıqlamasında bildirib ki, bu cür forumların təşkili, milli və tarixi köklərlə bir-birinə bağlı olan qardaş türk xalqlarının vətəndaş cəmiyyətlərinin qarşılıqlı əlaqələr qurmasına, birgə əməkdaşlığı genişləndirilməsi və gələcəkdə ortaq layihələrin həyata keçirilməsində əhəmiyyəti böyükdür: 

“Uzun illərdir ki, vətəndaş cəmiyyəti təmsilçiləri daha çox qərb meyilli, xarici ölkələrdən qrant hesabına fəaliyyət göstərən strukurlar kimi təqdim olunub. Lakin ölkəmizdə milli donor institutu formalaşdıqdan sonra görürük ki, Azərbaycanda QHT-lərin böyük əksəriyyəti milli və dövlətçilik prinsiplərinə söykənən layihələrin həyata keçirilməsində daha çox maraqlıdır.Təbii ki, xarici donorlardan bu və ya digər şəkildə bəhrələnən vətəndaş cəmiyyəti institutları, media qurumları da mövcuddur. Lakin ümumilikdə bu gün vətəndaş cəmiyyəti təmsilçiləri daha çox milli donor institutları ilə işləməkdə maraqlıdır. 

Təbii ki, bu məsələdə ölkəmizdə QHT-lər üçün əsas donor təşkilat olan QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bu gün yürütdüyü milli xəttin olması, Türk dünyasına istiqamətlənmiş bir siyasəti izləməsidir. Bu isə yalnız Azərbaycan deyil, digər Türk dövlətləri QHT-ləri arasında əlaqələrin inkişafını da şərtləndirən əsas amildir. 

Ümid edirik ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyi bu cür forumları digər Türk dövlətləri QHT nümayəndələri ilə də keçirəcək”.

İlham İsmayılov qeyd edib ki, Türk Dövlətləri Təşkilatları (TDT) çərçivəsində bütün dövlət strukturlarının əməkdaşlığı və əlaqələri mövcuddur: 

“Biz hər il TDT-in daxilində müxtəlif nazirliklərin və qurumların birgə keçirdikləri əməkdaşlıq forumlarına şahidlik edirik. Arzu olunandır ki, dövlət qurumlarının keçirdikləri forumlarda aidiyyatı üzrə fəaliyyət göstərən QHT nümayəndələri də iştirak etsin. Belə təşəbbüslərin dəstəkləməsi, türk dövlətləri vətəndaş cəmiyyəti təmsilçilərinin bir-biri ilə əlaqələrin qurulmasında müstəsina rolu ola bilər”.


Elmar Heydərli
Demokrat.az
 
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor