» » İlham İsmayılov: “Digər Türk dövlətlərinin də Şuşada konsulluqlarının açılması arzuolunandır”

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

İlham İsmayılov: “Digər Türk dövlətlərinin də Şuşada konsulluqlarının açılması arzuolunandır”

“İyunun 15-də işğaldan azad edilmiş Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə imzaladıqları “Şuşa bəyannaməsi” iki qardaş ölkə arasında bağlanmış bütün strateji tarixi müqavilələri bir daha xatırlatmaqla, imzalanmış bu müqavilələrə, o cümlədən 100 il əvvəl bağlanmış Qars müqaviləsinə sadiqliyin bir daha təsdiqi kimi anlaşılmalıdır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov Şuşa şəhərində Azərbaycan və Türkiyə prezidentlərinin imzaladığı Şuşa bəyannaməsini şərh edərkən bildirib.

O, qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdiyi son 30 il ərzində Türkiyə ilə bağlamış olduğu bütün müqavilələr hər iki qardaş dövlətlərin və xalqların strateji maraqlarına hesablanıb, beynəlxalq müstəvidə birgə fəaliyyətin təşkili, ortaq milli maraqların qorunmasını təmin edib: 

“Şuşa bəyannaməsi” bu vaxtadək hər iki ölkənin öz üzərinə götürdüyü öhdəliklərini bir daha xatırladır və əsla bu öhdəliklərdən vaz keçməyəcəklərini bir daha vurğulayır. “Şuşa bəyannaməsi”ni xüsusilə əhəmiyyətli edən səbəblərə baxsaq, bu bəyannamənin qəbul edildiyi məkana və zamana diqqət etməliyik. Bəyannamənin Şuşa şəhərində qəbul olunması Ermənistanda seçkiöncəsi revanşizm xülyalarını təbliğ etmək istəyən, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində təxribatlar törətməyə cəhd edən siyasi dairələrə tutarlı bir cavabdı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO-nun Brüsseldə keçirilən Liderlər Sammitində iştirakının ardından belə bir bəyannaməyə imza atması Türkiyənin NATO ölkəsi olaraq bu bölgədə sülhə, stabilliyə, beynəlxalq münasibətlərdə aqressiyaya deyil, həmrəylik və əməkdaşlığa önəm verilməsinin nə qədər vacib olduğuna diqqət çəkmək çabasıdır. Hesab edirəm ki, bu ciddi və dolğun mesaj həm Ermənistana, həm də onun havadarlarına tam məna yükümü ilə çatıb. Əks həmlələr Ermənistan üçün özünəqəsddən başqa bir şey deyil”.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor