» » QHT Agentliyi Bakıda beynəlxalq forum təşkil edib

ƏSAS / ÜMUMİ

QHT Agentliyi Bakıda beynəlxalq forum təşkil edib

Dekabrın 6-da Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı və ANAMA-nın tərəfdaşlığı ilə “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı beynəlxalq forum işə başlayıb.
 
ONDER.TV - xəbər verir ki, Forumda çıxış edən Agentliyin icraçı direktoru Aygün Əliyeva bildirib ki, mina və müharibənin digər partlayıcı qalıqları işğaldan azad edilmiş ərazilərin inkişafına, insanların öz doğma yurd yerlərinə qayıtmasına əngəl törədir, ətraf mühit üçün də ciddi problem yaradır.
 
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov, Azərbaycan Respublikasının Ombudsman Aparatının aparat rəhbərinin müavini Rəşid Rumzadə, BMT-nin Azərbaycandakı rezident koordinatoru ofisinin rəhbəri Kanako Mabuchi, “Beynəlxalq Avrasiya Mətbuat” Fondunun sədri Umud Mirzəyev çıxış edərək minanın insanların həyat və sağlamlığına, ümumiyyətlə bəşəriyyətə ciddi təhdidlərindən danışaraq mina və partlamamış hərbi sursatların işğaldan azad  edilmiş ərazilərdə dayanıqlı inkişafa törətdiyi maneələrdən söhbət açıblar.

Forumda həmçinin ANAMA stendinin təqdimatı və Azərbaycanın minatəmizləmə fəaliyyəti ilə bağlı film də nümayiş olunub.
Forumun ikinci hissəsində isə qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün ANAMA-nın əməkdaşları tərəfindən “Partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə və təhlükəli ərazilərdə davranış qaydaları, minaların törətdiyi fəsadlar və psixoloji nəticələri, təhlükəli ərazilərin əlamətləri” adlı təlim keçirilib.
Forum sabah öz işinə dünyanın mina ilə ən çox çirklənmiş şəhərlərindən biri olan Ağdamda davam edəcək.





Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor