» » 2024-cü il üçün neçə qrant layihəsi verildi - QHT Agentliyindən AÇIQLAMA

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ / SİYASİ / İQTİSADİ / MÜSAHİBƏ

2024-cü il üçün neçə qrant layihəsi verildi - QHT Agentliyindən AÇIQLAMA

2024-cü il müsabiqələri üçün 754 layihə təklifi daxil olub.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin elan etdiyi 2024-cü il üzrə müsabiqələrə müraciətdə yüksək fəallıq qeydə alınıb. Layihələrini yükləmək üçün elektron sistemdə qeydiyyata 779 QHT-müraciət edib. Onlardan 42 QHT-nin təqdim etdiyi sənədlərdə texniki qüsurlar, çatışmazlıqlar olduğu, vaxtında əlavə və düzəlişlər edilmədiyi üçün qeydiyyata alınmayıb. Beləliklə, 2024-cü ilin kiçik, orta və böyük qrant müsabiqələri üçün layihə yükləmək hüququna 737 QHT malik olub. Yekun olaraq, 754 layihə təklifi qəbul olub.
Bölgü bu şəkildə formalaşıb:
Kiçik qrant müsabiqəsi - 532 layihə;
Orta qrant müsabiqəsi - 147 layihə;
Böyük qrant müsabiqəsi - 75 layihə.
Layihə təklifləri müvəffəqiyyətlə sistemə yüklənmiş QHT-lərə müsabiqələrdə uğurlar arzulayırıq!
Yaxın 1 ay ərzində texniki ekspertiza nəticələri bütün QHT-lərə bildiriləcək. Texniki ekspertiza mərhələsindən də uğurla keçən layihələri müstəqil ekspert qrupu yoxlayacaq. Bundan sonra müstəqil ekspert qiymətləndirməsi aparılmış layihələrə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurası kollegial əsasda baxacaq.
Qaliblərin adlarının 2024-cü ilin fevralında elan edilməsi nəzərdə tutulur.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor