» » QHT-lərə Dövlət Dəstəyi Agentliyi 2021-ci il üçün kiçik qrantlar müsabiqəsi elan edəcək

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

QHT-lərə Dövlət Dəstəyi Agentliyi 2021-ci il üçün kiçik qrantlar müsabiqəsi elan edəcək

Bakı, 8 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda qurumun Nizamnaməsinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla Agentliyin strukturu, işçilərinin say həddi və onların əməkhaqlarının məbləği təsdiq edilib.
Sonra Müşahidə Şurası tərəfindən yaradılmış işə qəbul komissiyasının fəaliyyəti və müvafiq vəzifələrə işə qəbul qaydaları müzakirə edilib. Həmçinin komissiyaya qısa müddət ərzində əməkdaşların işə qəbul edilməsi ilə bağlı müsahibələrin keçirilməsi tapşırılıb.
İclasda Agentliyin 2021-ci il üçün kiçik qrantlar müsabiqəsinin elan edilməsi ilə bağlı məsələ müzakirəyə çıxarılıb. Müşahidə Şurasının üzvlərinin təklifi ilə kiçik qrant müsabiqəsinin hazırlanması, habelə müsabiqə mövzularının müəyyənləşdirilməsi və digər texniki məsələlərlə bağlı işçi qrup yaradılıb.
Sonda QHT-lərin iştirakı ilə 2021-ci il kiçik qrantlar müsabiqəsinin mövzularının müzakirəsinin təşkil olunması qərara alınıb.


Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor