» » Bakıda Sağlamlıq Turizm ilə bağlı görüş keçrilib

ƏSAS / ÜMUMİ / DÜNYADA / ÖLKƏDƏ / SİYASİ / İQTİSADİ / ANALİTİK / MÜSAHİBƏ / HADİSƏ / HƏRBİ / MƏDƏNİYYƏT

Bakıda Sağlamlıq Turizm ilə bağlı görüş keçrilib



Fevral ayıının 18-20 tarixləri arasında Doruk  Sağlıq qrupunun idarə heyətinin üzvləri –Doruk Sağlıq qrupu kurucularından olan , 27 ci dönəm AK Parti millət  vəkili Mustafa ESGİN, baş direktor Ayhan KALYONCU və satış bazarlama direktoru Ş.Sinan YALÇIN Azərbaycan Sağlamlıq və Termal Turizmə dəstək Assosiasiyasının idarə heyətinin dəvəti ilə Azərbaycanda iki günlük işgüzar səfərdə olmuşlar.






Fevral ayının 19 da New Baku mehmanxanasında Azərbaycan sağlamlıq turizmi şirkət və quruluşları ilə Doruk Sağlıq Qrupu nümayəndələrinin görüşü və Bursa Xəstəxana, Reabilitasiya və Termal Mərkəzlərinin təqdimatı həyata keçirilmişdir. 
Görüşdə Milli məclisin deputatları İlham Məmmədov, Vüqar Bayramov , Müşviq Məmmədli, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse prezidenti Vüqar Zeynalov, Skal İnternational Baku Klubunun prezidenti Ceyhun Aşurov, ATAA-nın sədr müavini Əhməd Qurbanov, eləcədə Azərbaycanda fəaliyyət göstərən turizm və tibb müəsisələrinin nümayəndələri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyinin sədri Ruslan Quliyev açıb.  Tədbirin keçirilməsində məqsəd iki ölkə arasında sağlamlıq turizminin imkanlarının daha da geniş auditoriyada tanıdılması, eləcə də, geniş fəaliyyət istiqamətinə start verilməsidir.
Doruk Sağlıq qrupu kurucularından olan , 27 ci dönəm AK Parti millət  vəkili Mustafa ESGİN və baş direktor Ayhan KALYONCU Bursanın turizm potensiali və Doruk Sağlıq Qrupu haqqında iştirakçılara geniş məlumat vermiş və İki ölkə arasında sağlamlıq turizminin konkret inkşişav prespektivlərindən danışmışdır.


Milli Məcilisin deputatları İlham Məmmədov, Vüqar Bayramov, Müşviq Məmmədli Azərbaycanın kurort potensialının böyük olduğunu, daxili turizmin inkişafı, müalicəvi turizm obyektlərinin dirçəldilməsi istiqamətində Dövlət Proqramına əsasən bir sıra tədbirlərin həyata keçirildiyini söyləmişlər. Azərbaycan təbii ehtiyatlarına, münbit şəraitinə və füsunkar təbiətinə görə turizm potensialı böyük olan ölkədir. O, ölkəmizdə müalicəvi kurort zonalarının olduğunu, həmin turizm obyektlərinin xarici ölkələrdə də tanınmasının zəruri olduğunu dilə gətirib. bu işdə Azərbaycana dəstək olan qardaş ölkədən gələn nümayəndələrə öz minnətdarlığını bildirib və qeyd edib ki, Azərbaycanda vaxtıilə məşhur olmuş müalicəvi sanatoriyalar var ki, həmin kurortların potensialından daha səmərəli istifadə üçün nazirlik tərəfindən tədbirlər davam etdirilir: “Təbii ki, həmin müalicəvi məkanların imkanlarından həm öz vətəndaşlarımız yararlanmalı, həm də, həmin turizm obyektləri xarici ölkələrdən turist cəlb etməlidirlər”.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

SONUNCULAR

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor