» » Tanınmış jurnalist mükafatlandırıldı

ƏSAS / ÜMUMİ

Tanınmış jurnalist mükafatlandırıldı

Tanınmış jurnalist, “Xalq qəzetinin” əməkdaşı, “Xalq TV”nin müəllif proqramlarının aparıcısı, Milli Fikir və İnkişaf Mərkəzinin sədri Anar Turana “Mədəniyyət səfiri” İctimai Fəxri Adı beynəlxalq diplomu təqdim olunub.
“Onder.tv” xəbər verir ki, martın 2-də Bakıda “Simurq” Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə bir sıra tanınmış ictimai şəxslərin, elm, mədəniyyət xadimlərinin mükafatlandırılması mərasimi baş tutub.
Mərasimdə alimlər, müəllimlər, pedaqoqlar, rəssamlar, jurnalistlər, dövlət qulluqçuları, muzey və kitabxana işçiləri, ictimai xadimlər,  QHT-lər, qadın və gənclər təşkilatları, biznes strukturları və yaradıcı birliklərin nümayəndələri iştirak edibrlər.
Seminarı qurumun rəhbəri professor Fuad Məmmədov açaraq bu Assosiasiyanın beynəlxalq fəaliyyətindən söhbət açıb. Verilən mükafatların əhəmiyyətinə toxunan professor qeyd edib ki, ölkəmizdə peşəkar insanları dəyərləndirmək, onların fəaliyyətini stimullaşdırmaq, mədəni-mühitin və dəyərlərin formalaşmasında onların rolunu qiymətləndirmək assosiasiya və onun idarə heyətində təmsil olunanlar üçün önəmlidir.
Qeyd edək ki, “Mədəniyyət səfiri” İctimai Fəxri Adı beynəlxalq diplomu Heydər Əliyevin 100 illik yubileyi və təşkilatın fəaliyyətinin 30 illiyi münasibətilə təsis olunub və ölkəmizdə və dünyada yüksək ruhi mədəniyyət dəyərlərinin  inkişafı və yayılmasında xidmətlərinə və Assosiasiyanın yaradıcı fəaliyyətinə verilən dəstəyə görə təqdim olunub.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor