» » Ruslan Əliyev Badamdardakı villasını satışa çıxarıb - Sabiq direktorun biznesi də var? (FOTOLAR)

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

Ruslan Əliyev Badamdardakı villasını satışa çıxarıb - Sabiq direktorun biznesi də var? (FOTOLAR)

Bir neçə gün əvvəl işdən çıxarılan "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Səbail rayonu, Badamdar qəsəbəsində evini satışa çıxarıb. 
"Onder.tv" Valyuta.az-a istinadən xəbər verir ki,  daxil olan məlumatda iddia edilir ki, təxmini dəyəri 1.5 milyon manat olan Ruslan Əliyevə məxsus villa satışa qoyulub. Badamdar qəsəbəsinin ən prestijli yerlərindən birində yerləşən villanın hansı məbləğə və nəyə görə satışa çıxarılması məlum deyil. 
Üç mərətəbəli villa Badamdar qəsəbəsi, Şıxov çimərliyinə baxan istiqamətdə 15 sot ərazidə yeni inşaa olunub. İşlər tam yekunlaşmasa da, villaya kifayət qədər xərc çəkildiyi görünür. 
Vəzifəsindən bu günlərdə azad edilən Ruslan Əliyevin Azərbaycanda və xaricdə bir çox mülk və obyektlərinin olduğu da istisna edilmir. 
Mənbə onun xüsusən "Azəriqaz" baş direktorunun istismar üzrə müavini Cahid Hüseynovla birgə bizneslər qurduğunu da deyir. Onların Bakı və Şamaxı şəhərlərində, Salyanın Qaraçala kəndində evləri, ticarət obyektləri, Salyan rayonu ərazisində istixana kompleksləri, tikinti materialları bazarı, balıqçılıq və heyvandarlıq təsərrüfatları, Şamaxı şəhərinin Çuxuryurd və Məlhəm kəndlərində villaları, Səbail, Xətai və Nərimanov rayonlarında mülkləri mövcuddur. 
Oguz Xal-Xal kəndində yerləşən məşhur "Şəlalə Farel" Ailəvi İstirahət Mərkəzinin də Ruslan Əliyevin olduğu iddia edilir. İstirahət mərkəzinin onun yaxın adamının adına rəsimləşdiyi deyilir.
Valyuta.az Sadiq









Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor