» » “Siyasi meyit”in “dirilmək” arzuları — Əli Kərimlinin yeni mitinq şousu…

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

“Siyasi meyit”in “dirilmək” arzuları — Əli Kərimlinin yeni mitinq şousu…

AXCP sədri Əli Kərimlinin yeni mitinqlərə çağırış etməsi gülünc, bir qədər də gülüş yaradıb. Onun bu hərəkəti əksəriyyətdə “Əli Kərimli nə etmək istəyir, niyə indi mitinq keçirmək niyyətindədir” sualını yaradır.

Siyasi təcrübəyə görə, mitinqlərin keçirilməsi üçün bir neçə vacib amil olmalıdır. İlk öncə sosial tələb olmalı, ölkədə mənfi abu-hava hökm sürməli, yaxud seçki dövrü olmalıdır. Seçkilər başa çatıb və torpaqlarımızı azad edən qalib lider İlham Əliyev mütləq səs çoxluğu ilə qələbə qazanıb. Ölkədə sosial rifahın təmin edilməsi istiqamətində mühüm addımlar atılır, cəmiyyətin əhval-ruhiyyəsi yüksəkdir. O zaman Əli Kərimli niyə indi mitinq keçirmək istəyir? 


Axı cəmi iki ay öncə keçirilən seçkilərdə AXCP sədri “gizlənmiş”, klaviaturasına sarılaraq, blogerliklə məşğul idi. 

O, iddia etdiyi kimi “müxalifətin lideri idisə”, seçki mübarizəsinə qoşulmalı və mitinqlər keçirməli idi. Bunu o vaxt yox, indi etməsi səbəbsiz deyil.

Görünür, Əli Kərimliyə xaricdən “mitinq tapşrığı” gəlib. Hazırda Cənubi Qafqazda baş verənlərin fonunda bu gözlənilən idi də. Çünki Qərb bölgədə Ermənistan üzərindən yeni planlar qurur və bu planlara anti-Azərbaycan addımları da daxildir. Azərbaycana qarşı olan planların qarşısını alan da məhz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevdir. 

Aydındır ki, Qərbdəki qüvvələr Azərbaycan hakimiyyətinə - Prezident İlham Əliyevə təzyiq etmək üçün ölkə daxilindəki “piyadalarını” hərəkətə gətirmək istəyirlər. Bu “piyadalardan” olan Əli Kərimliyə də mitinq keçirmək, “sosial problem”, yaxud “siyasi məhbus” iddialarını gündəmə gətirmək tapşırığı verilib. Əli Kərimlinin heç bir səbəb və əsas olmadan qəfil mitinq çağırışı məhz bundan qaynaqlanır.
Burada digər səbəb isə Əli Kərimlinin “siyasətçi” kimi yoxa çıxması, cəmiyyətin yadından çıxmasıdır. Əli Kərimli və başının dəstəsi sonuncu dəfə 2019-cu ildə “mitinq şousu” keçirmişdi. Barmaqla sayılacaq qədər az adamın qatıldığı piketfason toplantı radikal müxalifətin sosial bazasının tamamilə sıfırlandığını növbəti dəfə ortaya qoymuşdu. 5 ildir ancaq status yazmaqla məşğul olan Əli Kərimli indi yenidən “ortaya çıxmaq”, kameralar önündə “poza vermək” niyyətindədir. Bəllidir ki, bununla həm bağlı olduğu xarici dairələrin tapşırığını yerinə yetirir, həm də “hələ də var olduğunu” göstərməyə çalışır. Amma Əli Kərimlinin “siyasi cəsəd” olduğu ortadadır. 

O, əslində illər öncə siyasi baxımdan “vəfat edib”, sadəcə “dəfn edəni” yoxdur. İndi bu “siyasi meyit” çarəsizlikdən son ümid kimi heç vaxt bacarmadığı və hər dəfə biabır olduğu mitinq şousuna əl atmaq istəyir.

Vasif Həsənli
Demokrat.az xəbər portalının rəhbəri
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

SONUNCULAR

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor