» » KKTC Parlament Sədri Zorlu Töre Azərbaycanda rəsmi səfərdədir

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

KKTC Parlament Sədri Zorlu Töre Azərbaycanda rəsmi səfərdədir

KKTC Cumhuriyyət Məclisinin sədri Zorlu Töre TÜRKPA-nın 13-cü Plenar İclasında iştirak etmək üçün Azərbaycanda rəsmi səfərdədir. Parlament sədrinin rəsmi dəvəti ilə Bakıya gələn, Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA-nın) “Türk dünyası üçün yaşıl üfüqlər: yaşıl gündəliyin həyata keçirilməsində parlamentlərin rolu” mövzusuna həsr olunmuş 13-cü Plenar İclasında iştirak edəcək Sayın Cumhuriyyət Məclisi sədri Zorlu Töre və nümayəndə heyəti Heydər Əliyev adına Beynəlxalq Hava limanında Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan - KKTC Dostluq Qrupunun sədri Cavanşir Feyziyev, TÜRKPA baş katibi Mehmet Süreyya Er və KKTC-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Arca Turganer tərəfindən qarşılanıb.
 
Onder.tv xəbər verir ki, sayın Məclis Başqanı Azərbaycanda olmaqdan çox xoşbəxt olduğunu və həsrətində olduqları görüşlərdə iştirak edəcəyini bildirib. Dövlətlərimiz arası münasibətlərdə mədəni-ictimai, sosial-siyasi gəlişmələrin daha parlaq olacağına inandığını ifadə edən Zorlu Töre qeyd edib ki, gözləntiləri KKTC-nin TÜRKPA-ya tamhüquqlu üzv olmasıdır. Türk dövlətləri ilə əlaqələrin artacağını gözlədiklərini deyən Sayın Məclis Başkanı "Azərbaycanın bu mənada açar ölkə olduğunu" bildirib.
 

 
Qardaş Azərbaycan xalqına salamlarını çatdıraraq, “Birliyimiz daha da möhkəmlənəcək” deyən Zorlu Töre ölkələrimizin arasında münasibətlərin mütərəqqi inkişafına böyük inamını ifadə edib. 
 
Milli Məclisin deputatı, Azərbaycan - KKTC Parlametlərarası Dostluq Qrupunun sədri Dr. Cavanşir Feyziyev çıxışında xüsusi bir məqamı diqqətə çatdırıb ki, "İki ölkənin parlamentlərində Dostluq qrupu yaradılandan sonra ilk dəfədir ki, Cümhuriyyət Məclisinin sədri Bakıya səfərə gəlir. KKTC parlamentinin nümayəndə heyətini Azərbaycanda görməkdən məmnun olduğunu bildirən Cavanşir Feyziyev iki ölkə parlamentləri arasında əlaqələrin daha da artacağına inandıqlarını" vurğulayıb. 
 
Xatırladaq ki, Zorlu Törenin rəhbərlik etdiyi nümayəndə heyətinə Ulusal Birlik Partiyasının millət vəkili İzlem Gürçağ Altuğra, Cumhuriyetçi Türk Partiyasının millət vəkili Fide Kürşat və Cumhuriyyət Məclisi özel kalem müdürü İrem Uygun daxildir.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor