» » Azay Quliyev missiya rəhbəri təyin edildi

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

Azay Quliyev missiya rəhbəri təyin edildi

Azay Quliyev Albaniyada keçiriləcək parlament seçkilərində beynəlxalq müşahidə missiyasına rəhbərlik etmək üçün ATƏT-in xüsusi koordinatoru və qısamüddətli seçki missiyasının rəhbəri vəzifəsinə təyin edilib.
Publika.az xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Albaniya Respublikasında keçiriləcək parlament seçkilərini ATƏT-in xüsusi koordinatoru və qısamüddətli seçki missiyasının rəhbəri qismində müşahidə etmək üçün aprelin 20-də bu ölkəyə səfər edəcək.
Azay Quliyev bu ilin martın 25-də ATƏT-in sədri və İsveç Krallığının Xarici İşlər naziri Ann Linde tərəfindən 25 apreldə Albaniyada keçiriləcək parlament seçkilərində beynəlxalq müşahidə missiyasına rəhbərlik etmək üçün ATƏT-in xüsusi koordinatoru və qısamüddətli seçki missiyasının rəhbəri vəzifəsinə təyin edilib. O, xüsusi koordinator kimi Avropa Şurasının Parlament Assambleyasını, ATƏT-in Parlament Assambleyasını və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu təmsil edən 130-a yaxın beynəlxalq müşahidəçinin fəaliyyətini əlaqələndirəcək.
ATƏT-in seçki missiyasının xüsusi koordinatoru Azay Quliyev səsvermə gününə kimi Albaniyanın dövlət və hökumət rəsmiləri, parlament üzvləri, seçkilərdə iştirak edən namizədlər və siyasi partiyaların rəhbərləri, o cümlədən QHT və KİV təmsilçiləri ilə görüşlər keçirəcək, seçkiqabağı vəziyyətlə ətraflı tanış olacaq.
Aprelin 25-də isə Azay Quliyev seçki məntəqələrində səsvermənin gedişini və səslərin hesablanması prosesini müşahidə edəcək.
Aprelin 26-da ATƏT-in seçki missiyasının xüsusi koordinatoru Azay Quliyev parlament seçkilərinin yekununa dair digər beynəlxalq təşkilatların iştirakı ilə mətbuat konfransı keçirəcək.
Səfər aprel ayının 27-si yekunlaşacaq.
Tural Turan
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor