» » “Korrupsiyaya qarşı mübarizəyə ictimai dəstək” layihəsinin icrasına başlanılıb

ƏSAS / ÜMUMİ

“Korrupsiyaya qarşı mübarizəyə ictimai dəstək” layihəsinin icrasına başlanılıb

"İnkişafa və İslahatlara Dəstək" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Korrupsiyaya qarşı mübarizəyə ictimai dəstək” layihəsinin icrasına başlanılıb.


Bu barədə QHT.az-a ictimai birliyin sədri və layihə rəhbəri Ramil Əliyev məlumat verib. O, bildirib ki, layihənin əsas məqsədi korrupsiyanın qarşısının alınması, hüquqpozmaların aşkar edilməsi, demokratik ölkə kimi öz vətəndaşlarının hüquq və azadlıqlarının təmin olunması, dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının fəaliyyətində ictimai nəzarətin, şəffaflığın, hesabatlılığın artırılmasından ibarətdir.

Layihə çərçivəsində Sumqayıt, Quba və Xaçmaz rayonlarında şəffaflıq mədəniyyətinin aşılanması, korrupsiyanın qarşısının alınması, qanun pozuntularının aşkar edilməsi, vətəndaşların hüquq və azadlıqlarının qorunması mövzusunda 1 günlük maarifləndirici tədbirlərin təşkil olunması nəzərdə tutulub.

Layihə 3 ay müddətində (iyun, iyul, avqust) icra ediləcək.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor