» » İctimai iştirakçılıqla əlaqədar monitorinqlər keçiriləcək

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

İctimai iştirakçılıqla əlaqədar monitorinqlər keçiriləcək

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “İctimai iştirakçılıq ilə bağlı şəffaflıq, hesabatlılıq və informasiya açıqlığının monitorinqi” layihəsinin icrasına başlayib.
Onder.tv xəbər verir ki, bu barədə layihənin rəhbəri Cəsarət Hüseynzadə məlumat verib.
Təşkilat sədri qeyd edib ki, layihə çərçivəsində mərkəzi icra hakimiyyəti orqanlarında ictimai iştirakçılıqla əlaqədar şəffaflıq, hesabatlılıq və informasiya açıqlığının monitorinqini həyata keçiriləcək. Bu sahədə vəziyyətin müzakirə olunması üçün 4 veriliş hazırlanacaq və maarifləndirici bukletlər nəşr olunacaq.
Onun dediyinə görə, layihənin sonunda dövlət qurumaları nümayəndələrinin, ictimai şura üzvlərinin iştirakı ilə konfrans keçiriləcək və ictimai iştirakçılığa töhfə verən şəxslərə xüsusi mükafatlar təqdim olunacaq.
Layihənin 3 ay müddətində icra olunacağı nəzərdə tutulub.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor