» » Prezidentin xüsusi nümayəndəsi və xüsusi nümayəndənin müavini vəzifəsi yaradılır

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

Prezidentin xüsusi nümayəndəsi və xüsusi nümayəndənin müavini vəzifəsi yaradılır

Azərbaycanda iki yeni vəzifə yaradılıb.

Bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”na edilmiş dəyişiklikdə öz əksini tapıb.

Fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi və Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini vəzifələri təsis edilib.

Dövlət başçısının digər fərmanı ilə "Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri haqqında Əsasnamə” təsdiq edilib.

Fərmanla mərkəzi və yerli icra hakimiyyəti orqanları və dövlət qurumları Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi təşkil edilmiş müvafiq ərazilərdə fəaliyyətlərini Azərbaycan Respublikası Prezidentinin müvafiq ərazidəki xüsusi nümayəndəsi ilə əlaqələndirilmiş qaydada həyata keçirirlər.

Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor