» » Öyünürəm öyünməyə haqqım var

ƏSAS

Öyünürəm öyünməyə haqqım var

QARAXAN ƏKBƏROĞLU
İndi qalib olan ordum var mənim
Torpaqları işğal edən düşməndən
Qarabağı alan ordum var mənim

Şuşa qalasına əllə dırmaşan
Uca qayaların üstündən aşan
Zalımlarla əlbəyaxa vuruşan
Hər vaxt zəfər çalan ordum var mənim

Yeni hədəfləri sərrast vurdu itqovan
Yağı üzərinə şığıdı hər an
Hərbidə ən böyük bir tarix yazan
Tarixlərdə qalan ordum var mənim

Bayraqdarları dağıdan səngərləri
Koroğludur hər igidi, hər nəri
Döyüş meydanında erməniləri
Pərəm-pərəm salan ordum var mənim

Azərbaycanın bu qələbəsi
Heyran etdi kainatda hər kəsi
İlham kimi dahi bir sərkərdəsi
Dünyaya səs salan ordum var mənim

Vətən uğrunda verdilər canını
Qanlarıyla qorudular şanını
Yeni hər şəhidin yüz qatına qanını
Qisasını alan ordum var mənim

Qaraxanı necə xoşbəxt sanmayım
Hər zəfəri şeirlərlə yaymayım
Necə sevinməyim, necə yazmayım
Adıyla ucalan ordum var mənim.

Ay Paşa

Zəfər çalıb olduq bu il bəxtiyar
Tanrı özü olsun xalqımıza yar
Ordunun İlham tək sərkərdəsi var
Heydər oğlu görüm səni min yaşa
Bayraqdarı yenə qaldım ay Paşa

Yeni birce aylıq kənara çək Putini
İtqovanla qovun rusun itini
Qoy yesinlər bir-birinin ətini
Gavırların başı dəyibdi daşa
Bayraqdarı yenə qaldır ay Paşa

Dəyişibdi dünyanın çarxı, valı,
Əsirlikdə qalıb Ələsgər, Alı.
Tez qurtarsın işğal altdan Qursalı
Yürüş edək ki İrəvana birbaşa,
Bayraqdarı yenə qaldır ay Paşa

Bayram edək bu Novruzu, bu yazı,
Sərhəd etmə bir millətə Arazı.
Cəhənnəmə qalsın Makron narazı,
Dünya edir indi bizə tamaşa
Bayraqdarı yenə qaldır ay Paşa.

Hər zəfərə şeir yazsın Qaraxan
Bayrağımız qoşa dayansın hər an
Sənə qardaş deyir hər vaxt Ərdoğan
Haqq yolunda birgə gərək savaşa
Bayraqdarı yenə qaldır ay Paşa

Onder.tv
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor