» » Ali Baş Komandanın 44 günlük Dəmir Yumuruq Əməliyyatı Azərbaycanın etibarlı əllərdə olduğunu bir daha təsdiqlədi

ƏSAS

Ali Baş Komandanın 44 günlük Dəmir Yumuruq Əməliyyatı Azərbaycanın etibarlı əllərdə olduğunu bir daha təsdiqlədi

Xanım Qədirova: 44 günlük Vətən müharibəsi Azərbaycanın gələcəyinin etibarlı əllərdə olduğunu bir daha təsdiqlədi   Ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasəti, o cümlədən müvafiq dövlət proqramları çərçivəsində görülən işlər bütün sahələr kimi gənclərin də hərtərəfli inkişafına təkan verib. Elə, müstəqillik illərində, daha doğrusu 1993-cü ilin iyunundan sonra Azərbaycanda yüksək intellektual səviyyəyə malik, eyni zamanda, milli ruhlu gənclərin formalaşması da bilavasitə respublikamızda aparılan dövlət siyasətinin məntiqi nəticəsidir. Bunu Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının üzvü Xanım Qədirova deyib. O, bildirib ki, Azərbaycanda uğurlu gənclər siyasətinin əsasını xalqımızın Ümummilli Lideri Heydər Əliyev qoyub: “Eyni zamanda Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu uğurlu gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə son 17 ildə eyni ardıcıllıqla davam etdirilib. Onu da deyim ki, gənclərimiz dövlətin, şəxsən Prezident İlham Əliyevin onlara bəslədiyi ümidləri yüksək səviyyədə doğruldurlar. Bu gün ölkəmizin həyatının elə bir sahəsi yoxdur ki, orada gənclərin təşəbbüslərinin, fəallıqlarının şahidi olmayaq. Azərbaycan gəncləri bir tərəfdən müasirliyə, elm və təhsilə böyük maraq göstərir, digər tərəfdən, onlar vətənpərvərdirlər, xalqımızın tarixdən gələn ənənələrinə, milli-mənəvi dəyərlərimizə böyük bağlılıq nümayiş etdirirlər”. Xanım Qədirovanın sözlərinə görə, müstəqillik illərində ölkəmizdə aparılan gənclər siyasətinin ən böyük uğurlarından biri də məhz gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasıdır: “44 günlük Vətən müharibəsi dövründə gənclərimizin ölkəmizin ərazi bütövlüyü uğrunda bir nəfər kimi silaha sarılması, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından belə keçməyə hazır olması deyilənləri təsdiqləyir. Məlum olduğu kimi Prezident İlham Əliyev Şuşaya səfəri çərçivəsində Cıdır düzündə olarkən gənclərimizin vətənpərvərliyini yüksək dəyərləndirərək vurğulayıb: “Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib”. Bu da bir danılmaz həqiqətdir ki, bu gün Vətəni üçün bütün çətinliklərə sinə gərməyi bacaran, torpaqlarımız düşmənin işğalından azad edən müasir Azərbaycan gəncliyi Ulu Öndər Heydər Əliyev məktəbinin, Prezident İlham Əliyev idarəçiliyinin yetirməsidir”. “Bir sözlə, 44 günlük Vətən müharibəsi Azərbaycanın gələcəyinin etibarlı əllərdə olduğunu bir daha təsdiqlədi” deyə, X.Qədirova sonda bildirib
Onder.tv





Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor