» » FETÖ-çülükdə ittiham olunan Mübariz Mənsimovun işində yenilik ola bilər…

ƏSAS / ÜMUMİ / DÜNYADA / ÖLKƏDƏ

FETÖ-çülükdə ittiham olunan Mübariz Mənsimovun işində yenilik ola bilər…

Martın 5-də Palmali Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovun azadlığa buraxılacağı gözlənilir. İstanbul Baş Prokurorluğu azərbaycanlı iş adamının məhkəmə nəzarəti altında sərbəst buraxılmasını tələb edib.
Bildirilib ki, İstanbul prokurorluğu prosesi aparan 27-ci İstanbul Ağır Cəza Məhkəməsindən M.Mənsimovun Türkiyəni tərk etməmək şərti altında ev həbsinə buraxılmasını istəyib. Qeyd edək ki, "Palmali" rəhbərinin məhkəməsi daha öncə martın 5-ə təxirə salınmışdı.
M.Mənsimov 15 mart 2020-ci ildə FETÖ ilə işbirliyində ittiham olunaraq saxlanılıb və 17 martda barəsində həbs qərarı verilib. Sentyabrda onun həbs müddəti uzadılıb. Mübariz Mənsimov ətrafında yaşananlarla bağlı Azərbaycan ictimaiyyətinin mövqeyi necədir?
  • Rauf Zeyni: “İstanbul məhkəməsinin qərarı ilə Mübariz Mənsimov azadlığa buraxılacaqsa, bu bir azərbaycanlı kimi məni sevindirəcək”
Milli Qeyri Hökumət Forumun prezidenti Rauf Zeyni qəzetimizə açıqlamasında bildirdi ki, bu xəbərə yalnız sevinmək olar: “Mən Dünya Azərbaycanlıları Əlqələndirmə Şurasının üzvüyəm, insan haqları müdafiəçisi və sülh səfiriyəm. Bu baxımdan da, istənilən azərbaycanlının həbsi, məhkum olunmağı mənə pis təsir edir. Xüsusilə də söhbət dünyada tanınan fəal bir soydaşımızdan gedirsə, bu daha da ağır olur. Bütün bunlara baxmayraq, hər bir şəxs öz fəaliyyəti çərçivəsində həbs də, cərimə də oluna bilər. İstanbul məhkəməsinin qərarı ilə Mübariz Mənsimov azadlığa buraxılacaqsa, bu bir azərbaycanlı kimi məni sevindirəcək”.
  • Mehman Muradlı: “Məhkəmə praktikasından bəllidir ki, belə olan təqdirdə, məhkəmə daha ağır cəza təyin edə bilmir”
Hüquqşunas Mehman Muradlı qəzetimizə bildirdi ki, məhkəmənin gedişindən  Mübariz Mənsimovun azadlğa buraxılacağı gözlənilir: “Bunu ona görə real sayıram ki, dövlət ittihamçısı ittihamdan faktiki əl çəkib. Məhkəmə parktikasından bəllidir ki, belə olan təqdirdə, məhkəmə daha ağır cəza təyin edə bilmir. Yəqin ki, sonrakı etaplarda tərəflər hüquqi mübahisəni davam etdirəcəklər. Ancaq Mübariz Mənsimovun bunları azadlıqda ola-ola edəcəyi gözlənilir”.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor