» » Oleq Lukyanov: “Türkiyənin Azərbaycanda hərbi bazasının inşasına nə Rusiya, nə də İran razılıq verər”

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ / SİYASİ

Oleq Lukyanov: “Türkiyənin Azərbaycanda hərbi bazasının inşasına nə Rusiya, nə də İran razılıq verər”




Türkiyə döyüş əməliyyatları zamanı məhv edilmiş infrastrukturun bərpası adı altında Azərbaycanın Gəncə şəhəri yaxınlığında böyük bir hərbi bazanın inşasına başladı.
KONKRET.az xəbər verir ki, bu barədə Wargonzo telegram kanalı məlumat yayıb. Nəşrin müəllifinə görə, Prezident Ərdoğan Qarabağda Rusiya sülhməramlılarının əsas rol oynadığından çox narazıdır. Bu baxımdan yeni Türk aviabazasında F-16 qırıcıların, helikopterlərin və çox sayda hərbi personalın daimi olaraq yerləşdirilməsi planlaşdırılır.
IANED agentliyinin siyasi şərhçisi Oleq Lukyanov bu xəbəri şərh edərkən qeyd edib ki, “Belə bir məlumat rəsmi təsdiqini tapmayıb. Lakin hadisələrin inkişafı göstərir ki, Osmanlı İmperatorluğunun müasir şərtlərdə yenidən qurulması üçün belə bir layihə Ankaranın ümumi xarici siyasətinə çox uyğundur. Yeri gəlmişkən, rəsmi London Rusiyanın Zaqafqaziya və Yaxın Şərqdəki siyasətinə qarşı tarazlığı qorumaq üçün Türkiyənin bölgədə daha da güclənməsini istəyir. Ancaq NATO ölkəsinin bölgədəki hərbi varlığı nə Moskva, nə də Tehran tərəfindən bəyənilə bilər. Bu səbəbdən, Bakının buna rəsmi razılıq verəcəyi hələ də böyük bir sualdır, cavabını tezliklə öyrənəcəyik”.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor