» » MQF İctimai Nəzarətin Koordinasiya Şurası İdarə Heyətinin ilk toplantısı keçirilib

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

MQF İctimai Nəzarətin Koordinasiya Şurası İdarə Heyətinin ilk toplantısı keçirilib

   MQF İctimai Nəzarətin Koordinasiya Şurası İdarə Heyətinin 14 aprel 2021-ci il tarixində ilk toplantısı keçirildi. Toplantı gündəliyinin məsələləri təşkilati məsələlər, Əsasnamənin müzakirəsi və cari məsələlərdir. İdarə Heyəti üzvlərinin səsverməsinə əsasən Rauf Zeyni İdarə Heyətinin sədri seçildi. Əsasnaməyə əlavələrin edilməsi ilə bağlı təkliflər irəli sürüldü. MQF İctimati Nəzarətin Koordinasiya Şurasının adının dəyişdirilməsi məsələsi müzakirə edildi. Dövlət qurumlarının, KİV-in və QHT-lərin iştirakı ilə MQF İctimai Nəzarətin Koordinasiya Şurasının ilk onlayn konfransının keçirilməsi təklif edildi. Növbəti iclas tarixinin 19 aprel 2021-ci il tarixi olması qərarı verildi.
19 aprel 2021-ci il tarixində keçirilən İdarə Heyətinin növbəti toplantısının gündəliyini MQF İctimai Nəzarətin Koordinasiya Şurasının adının və Əsasnaməsinin təsdiqi, “İctimai nəzarətin təmin olunması və qarşıda duran vəzifələr” mövzusunda onlayn konfransın keçirilməsi və digər cari məsələlər təşkil edirdi. İdarə Heyətinin qərarı ilə “MQF İctimai Nəzarət Mərkəzi” adı səsverməyə qoyuldu və yekdilliklə qəbul edildi. MQF İctimai Nəzarət Mərkəzinin Əsasnaməsi təklif olunan dəyişiklik və əlavələrlə təsdiq edildi. MQF İctimai Nəzarət Mərkəzinin “İctimai nəzarətin təmin olunması və qarşıda duran vəzifələr” mövzusunda onlayn konfransı 22 aprel 2021-ci il tarixində keçirilməsi təklif olundu və qəbul edildi.
           
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor