» » Ramazan ayı münasibətilə “Yardımlaşdıqca güclü oluruq” adlı kampaniyaya start verilib

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

Ramazan ayı münasibətilə “Yardımlaşdıqca güclü oluruq” adlı kampaniyaya start verilib

Bakı, 19 aprel, AZƏRTAC
Mənəvi Dəyərlərin Təbliği Fondu xalqımıza xas olan xeyirxahlıq, humanizm və yardımlaşma kimi yüksək mənəvi dəyərlərin qorunmasına böyük əhəmiyyət verir.
Fondun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qurum ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar iftar süfrələrinin və kütləvi tədbirlərin keçirilməsinə qoyulan məhdudiyyətləri nəzərə alaraq, müqəddəs Ramazan ayı münasibətilə “Yardımlaşdıqca güclü oluruq” adlı kampaniyaya start verib.
Kampaniya çərçivəsində vətəndaşlar bank hesabı vasitəsilə Fonda ianə edə bilərlər. Fond toplanılan ianə hesabına şəhid ailələri, müharibə əlilləri və özünəqulluq qabiliyyətini itirmiş aztəminatlı vətəndaşların ailələrinə yardım etməyi nəzərdə tutur.
Qeyd edək ki, daxil olan ianələr və edilən yardımlar barədə məlumatlar mütəmadi olaraq Fondun saytında və sosial şəbəkə hesablarında paylaşılacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor