» » Kanadanın sərt iqliminə “dözən” mobil ev

ƏSAS / ÜMUMİ / DÜNYADA

Kanadanın sərt iqliminə “dözən” mobil ev

Bakı, 19 aprel, AZƏRTAC
“Fritz Tiny Homes” arxitektura studiyasının sahibləri olan kanadalı ər-arvad təkərlər üzərində mobil bir evin dizayn və layihəsini hazırlayaraq həyata keçiriblər.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, səyyar ev qış aylarında temperaturu mənfi 40-a enən sərt Kanada iqlimi üçün hazırlanıb. Sahəsi cəmi 24,9 metr olmasına baxmayaraq, burada komfortlu yaşamaq üçün lazımi şərait yaradılıb. Evin mərkəzi hissəsində təbii ağacdan hazırlanan möhkəm mebel dəsti, müasir məişət texnikası, eləcə də zəruri mətbəx avadanlığı ilə təchiz edilmiş mətbəx də var.
Mobil evin tikintisində yüksək keyfiyyətli materiallardan istifadə edilməklə, istilik və səs izolyasiyasına da xüsusi diqqət yetirilib.
Dizaynerlərin əsas məqsədi yığcam, uzunömürlü və enerji effektivliyinə malik mənzil yaratmaq olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor