» » Nazirlər Kabinetidən bu şirkətlə bağlı QƏRAR

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

Nazirlər Kabinetidən bu şirkətlə bağlı QƏRAR

CƏMİYYƏT
03-12-2021 20:15

Nazirlər Kabineti “İqtisadiyyat Nazirliyinin Tikinti Təchizat Birliyi” MMC-nin fəaliyyətinin təmin edilməsi haqqında ölkə konstitusiyasını rəhbər tutaraq və İqtisadiyyat Nazirliyinin təklifini nəzərə alaraq qərar qəbul edib.
Bakıvaxtı.az xəbər verir ki, qərarda deyilir ki, şirkətin saxlanılması xərcləri büdcə və büdcədənkənar vəsaitlər hesabına İqtisadiyyat Nazirliyi üzrə mərkəzləşdirilmiş qaydada tikinti obyektlərinin təmiri, bərpası, gücləndirilməsi və yeni obyektlərin tikintisi ilə bağlı daxilolmaların 1%-ə qədəri, həmçinin mal və materialların alınması, xidmətlərin göstərilməsi üçün daxilolmaların 0,25%-i həddində müəyyən edilsin.
Xatırladaq ki, “İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi”nin yaradılması Prezident İlham Əliyevin bu il iyuun 26-da imzaladığı fərmanda öz əksini tapıb. Fərmana əsasən, yeni şirkət İqtisadiyyat Nazirliyinin tabeliyindəki Təsərrüfat Müəssisəsi və nazirliyin strukturuna daxil edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin təsisçisi olduğu “Tikilməkdə olan obyektlər müdiriyyəti” MMC-nin əsasında yaradılmalıdır.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor