» » Irəvan Türk Cümhuriyyətinin “23 dekabr-Qərbi azərbaycanlıların indiki Ermənistandan deportasiyası” elmi-praktik konfrans

ƏSAS / ÜMUMİ / DÜNYADA

Irəvan Türk Cümhuriyyətinin “23 dekabr-Qərbi azərbaycanlıların indiki Ermənistandan deportasiyası” elmi-praktik konfrans

PRESS-RELIZ
 “Atatürk” mərkəzində İrəvan Türk Cümhuriyyətinin təşkilatçılığı ilə “23 dekabr- azərbaycanlıların indiki Ermənistandan deportasiyası” elmi-praktik konfrans keçirilmişdir. Konfransın keçirilməsində məqsəd SSRİ Nazirlər Sovetinin sədri İ.Stalinin 23 dekabr 1947-ci il tarixli 4083 saylı “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalisinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” xüsusi qərarına görə indiki Ermənistanda yaşayan 100 min azərbaycanlının öz tarixi torpaqlarından, dədə-baba yurdlarından adını könüllük prinsipi qoyaraq zorla Azərbaycan SSRİ-nin iqlim şəraiti olduqca isti ərazilərinə aran bölgəsinə mərhələlərlə köçürülməsi haqqında məruzlər dinlənildi. Konfransın əsas məqsədi  indiki Ermənistan ərasindən son 250 ildə azərbaycanlıların deportasiyası, represiyası, soyqırımı haqqında dünya ictimaiyyətinə məlumatın çatdırılmasından ibarətdir. Konfransda Azətbaycan Himninin səsləndirildi, Şəhidlərizin ruhu yad edildi. Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Qərbi Azətrbaycan torpaqları haqqında çıxışlarının video yazısı dinlənildi. İTC-nin MŞ-nın sədiri Qafar Çaxmaqlının konfrans iştirakçılarına müraciəti dinlənildi. Konfrans iştirakçılarına Moskvadan Kamran Rüstəmovun Ukraynadan Fərhad Turanlı, Türkiyədən Xətai Allahverdiyev tərəfindən salamları çatdırıldı. Məruzəçilər “23 dekabr Ermənistandan azərbaycanlıların deportasiyası” məruzəçi; -  BDU –nun Professoru Boran Əziz, Ermənistan ərazisinin həqiqi coğrafi təsnifatı; məruzəçi Əli Vəliyev, Ermənistandan deportasiya cinayətinə məruz qalmış əhalinin və hüquqi varislərinin bu günkü vəziyyəti; – məruzəçi, tarixçi Paşa Həsənli, Ermənistandan deportasiya cinayətinə məruz qalmış əhalinin hüquqi statusunun  bərpası istiqamətində atılmalı addımlar; məruzəçi -İradə Rizazadənin maraqlı çıxışları dinlənildi. Konfransda alimlər, ziyalılar, tarixçilər, hadisələrin canlı şahidləri olan Qərbi azərbaycanlılar çıxış etdilər. Sonda “23 dekabr- azərbaycanlıların indiki Ermənistandan deportasiyası” elmi-praktik konfransın iştirakçıları tərəfindən  Azərbaycan Respublikasının Milli Məclisinə, Birləşmiş Millətlər Təşkilatına, Avropa Şurasına, İslam Ölkələri Əməkdaşlıq Təşkilatına,Türk Dövlətləri Birliyinə, Dünya ölkələrinin Azərbaycan Respublikasındakı səfirliklərinə müraciət qəbul olundu.
Tədbirin Təşkilat Komitəsi
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor