» » Dəniz sularına qərq olunmuş Bayıl qalası... Yenidən üzə çıxa bilər

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ / HADİSƏ

Dəniz sularına qərq olunmuş Bayıl qalası... Yenidən üzə çıxa bilər

Abidələrimizin böyük əksəriyyəti günümüzə ya dağılmış vəziyyətdə çatıb, ya da su altında qalıb. Onlardan biri də XIII əsrdə inşa edilmiş Bayıl qalasıdır.
Bayıl qalası (həmçinin “Bayıl qəsri”, “Səbayıl” kimi də tanınır) Bakı buxtasının cənub-qərb hissəsində, sahildən 250 metr məsafədə dəniz sularının altında yerləşir. Qala suyun qalxıb-enməsi nəticəsində gah dənizin üzünə çıxır, gah da suyun altında görünməz olur.
Qalanın uzunluğu 180 metr, orta eni isə 35 metrdir. Qala divarları şərqdə altı, qərbdə isə beş yarımdairəvi bürclə möhkəmləndirilmişdir. Onun tikintisi çox qarışıq bir çağda – monqol yürüşləri zamanı başa çatmışdı.
Qalanın adlarından olan “Səba” toponimi Bakının Səbail rayonunun adında işlədilib. “Səba əhli” və “Səba yurdu” haqqında bir çox əfsanələr var. Həmin əfsanələr əsasında ehtimal edilir ki, Bakı yaxınlığında Səba adlı bir şəhər mövcud olub. Bu ərazidə “Səba” toponiminin yaranmasına səbəb Səba xalqının, Səba elinin bu yerə köçərək burada yaşaması ilə əlaqədar olub.
Tarixçilərin sözlərinə görə, qala 1306-cı ildə baş verən güclü zəlzələ nəticəsində dağılıb və suyun altında qalıb, lakin nə vaxtsa yenidən üzə çıxacağı ehtimal edilir.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor