» » Elxan Məmmədov yeni işinə başlayacağı tarixi açıqladı

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ / İDMAN

Elxan Məmmədov yeni işinə başlayacağı tarixi açıqladı

“Dünən federasiya rəhbərliyinin iştirakı ilə iclas baş tutdu. Mən də gənclərdən ibarət milliyə baş məşqçi təyin olundum”.
Bunu Oxu.Az-a açıqlamasında cüdo üzrə gənclərdən ibarət millimizin yeni baş məşqçisi Elxan Məmmədov deyib.
O bildirib ki, gənclər millisində işinə tam olaraq fevralda keçiriləcək Azərbaycan çempionatından sonra başlayacaq:
“Hazırda gənclərdən ibarət millinin təlim-məşq toplanışı yoxdur. Lakin fevralın 27-də başlayacaq Azərbaycan çempionatı başa çatdıqdan sonra toplanışımız olacaq. Hazırda böyüklərdən ibarət millimiz təlim-məşq toplanışındadır. Onların içərisində gənclər millimizin üzvləri də var, formalarını saxlamaq üçün orada məşq keçirlər. Məşq zamanı onları nəzarətdə saxlayacağıq”.
Xatırladaq ki, dünya və Avropa çempionu olan Elxan Məmmədov 2018-2021-ci illərdə əsas millimizdə ukraynalı baş məşqçi Ruslan Maşurenkonun köməkçisi işləyib. Tokio Olimpiadasında kişi millimizin uğursuz çıxışından sonra o da digər məşqçilər heyəti ilə birgə avqustda istefaya göndərilib. 
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor