» » Bilasuvarda 300-dən çox şəhid ailəsi və qazilər müayinə və müalicə edilib - FOTO

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

Bilasuvarda 300-dən çox şəhid ailəsi və qazilər müayinə və müalicə edilib - FOTO

Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının(AKHA) və Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi(RİİB) təşkilatçılığı ilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi(TƏBİB)-in birgə dəstəyi ilə 15 yanvar 2022-ci il tarixində, Biləsuvar rayonunda “Azərbaycan Regionlarında Şəhid ailələri və Qazilərin sağlamlığı” adlı layihəsi Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında keçirildi.

Aksiya çərçivəsində 40 könüllü həkim 21 ixtisas üzrə Biləsuvar və digər rayonlarda yaşayan, 300-dən çox Şəhid ailəsi və Qaziləri müayinə və müalicə etdilər. Xəstələr dərman preparatları ilə təmin olundular.

Aksiya zamanı xəstəlik aşkarlanmış vətəndaşların sonrakı mərhələdə tam müayinələrdən keçirilməsi, müalicəsi və zərurət olduqda cərrahi əməliyyatları həyata keçiriləcək. Qeyd edək ki, “Azərbaycan Regionlarında Şəhid ailələri və Qazilərin sağlamlığı” adlı layihəsinin növəti aksiyası 29 yanvar 2022-ci ildə tarixində Quba rayonunda keçirilməsi nəzərdə tutulub.

Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor