» » İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri universitetdə keçirilən imtahan prosesinin gedişatını izləyiblər.

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri universitetdə keçirilən imtahan prosesinin gedişatını izləyiblər.

Yanvarın 25-də Azərbaycan Tibb Universitetinin rektoru yanında İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri universitetdə keçirilən imtahan prosesinin gedişatını izləyiblər. Şuranın sədri, millət vəkili, həkim-qastroenteroloq İlham Məmmədov və şura üzvləri – Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni, ATU-nun Əczaçılığın texnologiyası və idarəçiliyi kafedrasının baş müəllimi Aidə Bəndəliyeva, İctimai Nəzarət və Məsləhət Şurasının tələbə-koordinatoru, I Müalicə-profilaktika fakültəsinin IV kurs tələbəsi Orxan Təsivanlı ATU-nun İmtahan Mərkəzinə baxış keçiriblər və burada aparılan imtahanın gedişi ilə tanış olublar. Şuranın üzvləri imtahan öncəsi və imtahan prosesində tətbiq olunan yeniliklərlə maraqlanıblar. Bu barədə universitetin İmtahan Mərkəzinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ülkər Cəfərova ətraflı açıqlama verib. O bildirib ki, əvvəl fənnin kredit yükündən asılı olaraq internetdə 700-1000 arası sual yerləşdirilirdi. Tələbələr bütövlükdə bütün suallarla tanış olur və hər kəs tanış olduğu suallar içərisindən testə düşən 50 sualı cavablandırırdı: “Sonradan gördük ki, tələbələr əzbərçiliyə gedir. Sualların sayınıda 50-dən 25-ə endirdik. Fərq ondadır ki, tələbə o sullardan yalnız 5-10-nu internetdə görə bilir. Qalanı gizli suallardır".
O, elektron jurnala keçid, aralıq qiymətləndirmə, texniki və digər məsələlərlə bağlı da şuranın üzvlərini məlumatlandırıb.
Ülkər Cəfərova tətbiq edilən yeniliklərin imtahan prosesinə müsbət təsirindən də danışıb. Açıq tipli sualların tətbiqində əsas məqsədin tələbələri əzbərçilikdən uzaqlaşdırmaq, onlarda dərsliklərlə, kitablarla daha çox işləmək vərdişi yaratmaq olduğunu bildirib. Şikayətlərin araşdırıldığı xüsusi otağa da baş çəkən şuranın üzvləri tələbələrin daha çox narazı qaldığı məqamlara diqqət yetiriblər.
ATU-nun Apellyasiya Komissiyasının sədri, professor Eldar Qasımov imtahanlar başlayandan bəri 3000-ə yaxın ərizə verildiyini, bu ərizələrin bir qisminin əsası, bir qisminin isə əsassız olduğunu deyib: “Yəni müraciətlər o zaman əsaslıdır ki, ya testlər qüsurludur, ya da tələbə doğru cavab versə də, cavab etalonu testdə düzgün qoyulmayıb. Bütövlükdə komissiyanın fəaliyyətində sevindirici hal budur ki, tələbələr əvvəlki illərdəki kimi küçələrdə satılan, haradansa yığılan testlərlə, kserekopiyalarla deyil, kitablarla gəlirlər. Oxuduqları ədəbiyyatı, doğru hesab etdikləri variantı göstərir, hətta ingilis dilində mənbəni tapıb gətirirlər. Bir sözlə, tələbə artıq əzbərləmədən oxumağa keçir, dərsliklərə qayıdır”.
Şuranın üzvləri universitetdə tətbiq olunan yenilikləri müsbət qiymətləndiriblər. Şuranın sədri İlham Məmmədov bildirib ki, cəmiyyətin bütün sahələrində olduğu kimi, təhsildə də ictimai nəzarətin olması mühüm məsələdir. Bu, şəffaflığın artmasına, obyektivliyin təmin olunmasına şərait yaradır. İctimai nəzarətin vətəndaş cəmiyyəti ilə qurumlar arasında əməkdaşlığın daha da genişlənməsinə səbəb olduğunu deyən İ.Məmmədov universitetdə aparılan islahatların tələbələrin gələcək fəaliyyətlərində müstəsna rol oynayacağına əminliyini ifadə edib.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor