» » AzTV-də Xocalı soyqırımı ilə bağlı üç film nümayiş olunacaq - Kinoteatrda da izləyə bilərsiniz

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

AzTV-də Xocalı soyqırımı ilə bağlı üç film nümayiş olunacaq - Kinoteatrda da izləyə bilərsiniz

Azərbaycan Televiziyası Xocalı soyqırımının 30-cu ildönümü münasibətilə 3 bədii-sənədli film hazırlayıb.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, filmlərdən biri Milli Qəhrəman Allahverdi Bağırova həsr olunur. Digər filmdə dünyaşöhrətli fotomüxbir Rza Diqqətidən danışılır. Daha bir film isə Xocalı sakininin yaşadığı faciələrdən bəhs edir.
A.Bağırova həsr olunmuş film “Allahverdi” adlanır. Bədii-sənədli filmdə onun Birinci Qarabağ müharibəsi zamanı keçdiyi şücaətli döyüş yolu əks olunur.
Milli Qəhrəman 1992-ci ildə Xocalı faciəsindən sonra əsir düşmüş 1500-ə yaxın azərbaycanlının xilas edilməsinə və geri qaytarılmasına nail olub.
Filmdə Milli Qəhrəmanın ailə üzvləri və döyüş yoldaşları, əsirlikdən xilas etdiyi qadın həmin günləri xatırlayıblar, onunla bağlı xatirələrini dilə gətiriblər.
Filmin ssenari müəllifi və rejissoru Elvin Mirzəyev, operatoru Elşən Bədəlov, prodüseri Fatimə Əzimova, layihə rəhbəri isə Elçin Musağoludur.
AzTV-nin Rza Diqqətiyə həsr olunmuş filmi isə “Danışan fotolar” adlanır.
R.Diqqəti Xocalıda soyqırımı xəbərini alan kimi Azərbaycana gəlib, çətinliklə Ağdama yol tapıb və burada Xocalı sakinləri ilə görüşüb. O, əsirlərin, meyitlərin dəyişdirilməsi prosesində iştirak edib, gördüklərini lentin yaddaşına köçürüb. Fotomüxbir filmdə şahidi olduğu hadisələri dilə gətirib.
Sənədli filmdə Xocalı faciəsinin ağrı-acısını yaşamış Nazilə Məmişova, Famil Salahov, Valeh Hüseynov və digərlərinin müsahibələri yer alıb.
“Danışan fotolar”ın quruluşçu rejissoru Elnur Məmmədov, ssenari müəllifi Afaq Əhmədova, quruluşçu operatoru Cavid Əliyev, montaj rejissoru Zurab Salmanoğludur.
Növbəti film isə “Zirzəmi” adlanır və ermənilərin Xocalıya hücumu zamanı zirzəmidə gizlənmiş bir qadının – Mehriban Bəkirovanın faciə dolu həyat hekayəsini əks etdirir.
M.Bəkirova başına gələn müsibətləri filmdə özü danışır, hiss və həyəcanını dilə gətirir.
Belə ki, soyqırımı günü o, digər Xocalı sakinləri, əsasən, qadın, uşaq və qocalarla birgə zirzəmidə erməni hücumundan gizlənib. Üç övladı olan Mehriban həmin zirzəmidə 4-cü uşağını da dünyaya gətirib. Elə həmin vaxt da zirzəmidəkilər ermənilər tərəfindən əsir götürülüblər. Qucağında iki körpəsi olan Mehriban əsir aparılarkən körpənin birini itirib. Körpəni rus jurnalist tapıb, gətirib anasına verib, həmçinin əsirlikdən azad olunmasına nail olub.
Filmin ssenari müəllifi Leyla Qədirzadə, quruluşçu rejissoru Zaur Zeynal, quruluşçu operatoru Aqşin Rzayev, prodüseri Məmmədhüseyn Mehdizadə, layihə rəhbəri isə Həmid Əsədzadədir.
Hər üç film fevralın 26-sı AzTV-də və “Park bulvar”da yerləşən “Park cinema” kinoteatrında da nümayiş olunacaq.
“Allahverdi” filmi “Park cinema”da saat 15:50-də, 17:50-də və 19:50-də göstəriləcək.
“Danışan fotolar” filmi isə saat 15:10-da, 17:10-da və 19:10-da nümayiş olunacaq.
“Zirzəmi” filminə baxmaq istəyənlər saat 14:30-da, 16:30-da və 18:30-da “Park cinema”ya yaxınlaşa bilərlər.
Filmləri izləmək ödənişsizdir.
Hər kəsi filmləri izləməyə dəvət edirik.
Xocalıya ədalət!

Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor