» » Narkomanlığa qarşı mübarizə mənəviyyatın xilası deməkdir

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

Narkomanlığa qarşı mübarizə mənəviyyatın xilası deməkdir

Gənc Vətənpərvərlər “İctimai Birliyi”  Azərbaycan Respublikasının  Prezidenti yanında QHT-na Dövlət Dəstəyi Agentliyin maliyyə yardımı ilə   “Narkomaniyanın profilaktikası sahəsində kompleks tədbirlərin keçirilməsiı  “adlı layihə çərcivəsində Azərbaycan Turizm və Menecment Universitetinin  təşkilatcılığı ilə “Narkomanlığa qarşı mübarizə mənəviyyatın   xilası deməkdir”mövzusunda elmi nəzəri praktik konfrans keçirilib. Tədbir  Azərbaycanın   Dövlət himi ilə başladı və Ulu Öndərin və  torpaqlarımızın  müdafiəsi uğrunda  həlak olmuş şəhidlərimizin  ruhunu bir dəqiqəlik skutla  yad edilməsindən sonra  tədbiri   giriş sözü ilə acan    Azərbaycan Turizm və Menecment Universitetin   Karyera və kommunikasiya şöbəsinin müdiri  Məmmədova Səidə bildirdi ki, sağlam həyat,sağlam ailə və  narkomaniyanın və pis vərfişlərin  təbliğində gənclərin rolu böyükdür. Layihə rəhbəri,Azərbaycan fəxri bədən tərbiyəsi və idman işcisi   Muğan Əliyev  tədbir iştirakçılarını salamladı və  layihə cərcivəsində keçirilən tədbirlərdən onun mahiyyətindən danışdı .  O qeyd etdi ki, Narkotik maddə təkçə  onu qəbul edən insanı məhv etmir,həmçinin narkomanın ailə üzvlərinin sağlamlığına mənfi təsir göstərir.  M.Əliyev onuda qeyd etdi ki,narkotiklər orqanizmə toksiki təsir göstərən və faciyəli nəticələrə gətirən üzvi(təbii) və qeyri-üzvi (sintetik) maddədir .   Belə tədbirlərin  zəruriliyini və əhəmiyyətini  tədbir iştirakcılarının diqqətinə çatdıran layihə rəhbəri   bu yöndə daim  marifləndirmə işlərini  apardıqlarını və insanları bu bəlaya dücar olmamaq üçün  əllərindən gələni etdiklərini qeyd edib.  Gəlin narkotiklərə yox deyək! Gələcəyimizi   qoruyaq. Tədbirdə ,Sağlam qidalanma mütəxəssisi,Beynəlxalq ekspert ,təlimçi Məhsəti Hüseyinova mövzyu ilə bağlı geniş ətraflı  danışaraq qeyd et ki, narkotik maddələri yayan şəxslər onları tez yaymağa çalışır ki, sağlam insan heç olmasa bir dəfə narkotik maddə qəbul etsin.  Onların məqsədi sizi narkotik maddədən asılı vəziyyətə salmaqdır.  Hətta narkotik maddənin kiçicik bir dozası belə sizin üçün təhlükəli ola bilər. Daha sonra tələbələrin  sualları cavablandırılıb.  Tədbirdə ,Narkomaniya,QİÇS və İİV   təbliğ olunması haqqında ümumi anlayış və terminalogiya mövzularında tələbələrə, qonaqlara maarifləndirici buklet və təsvirli köynək və Sertifikatlar paylanılıb .  Sonda ,əsrin bəlası Narkomaniya,QİÇS və İİV  əks etdirən video çarx nümayiş olunub. Layihə iştirakçıları əsasən 19-20- yaş arası olan gənclərdən ibarət olub. Tədbirdə, Turizm və Menecment Universitetinin xidmət mühəndisliyi fakutəsinin  tələbələri Universitetin   pedoqoji kollektivi  rayon ictimaiyyət nümayəndələri,GVİB-n İdarə Heyəti və Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri və könüllülər iştirak ediblər. Qeyd edək ki, layihə  Azərbaycan Respublikasının  Prezidenti yanında QHT-na Dövlət Dəstəyi Agentliyin dəstəyi ilə həyata keçirilir.  

GVB-n Mətubat və İnformasiya şöbəsi.













Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor