» » Gənclər Fondunun dəstəklədiyi layihə uğurla yekunlaşıb

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

Gənclər Fondunun dəstəklədiyi layihə uğurla yekunlaşıb

Azərbaycan Respublikasının Gənclər Fondun maliyyə yardımı ilə Gənc Vətənpərvərlər İctimai Birliyi (GVİB) “Gənclər arasında Azərbaycanın qazi və qəhrəmanlarının  təbliğ olunması  “ adlı layihəsini Bakı şəhəri Sabunçu  rayon Gənclər evində  “ Azərbaycanın ərazi bütövlüyü uğrunda İkinci Qarabağ – Vətən Müharibəsi döyüşlərində iştirak edən qazi və  şəhid olmuş hərbçilərin təbliğində gənclərin  rolu”  mövzusunda elmi nəzəri praktik konfrans keçirilib. İctimai Birliyin bu tədbiri gənclər arasında İkinci Qarabağ – Vətən Müharibəsi  döyüşlərində iştirak edən qazi və şəhidlər haqqında məlumatlandırma, şəhid olmuş hərbçilərin, həmçinin qazi və qəhrəmanlarının və vətənpərvərlik hisslərinin gücləndirilməsinə yönəlmişdi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə acan Sabuncu rayon Gənclər evinin direktoru Samir Mehrəliyev  bildirib ki, vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi ilə bərabər, onların fiziki hazırlığına da diqqət artırılmalıdır. Milli mənəvi dəyərlər, tarixi keçmişimiz və bu günümüz gənclərə aşılanmalıdır. Layihə rəhbəri , Ictimai xadim Müqamət Əliyev çıxış edərək bildirib ki, “Gənclər arasında Azərbaycanın qazi və qəhrəmanlarının  təbliğ olunması ” adlı layihəsini  Bakı şəhəri , Azərbaycan Turizm və Menecment Universitetində ,Azərbaycan Dövlət Pedoqoji Universtedə, Azərbaycan Dövlət Pedoqoji  Kolecində  və  Sabunçu  rayon Gənclər evində uğurla həyata keçirib. Layihə rəhbəri M.Əliyev onu da qeyd edib ki, bu layihədə faydalanan şəxslər 18 yaşa qədər 400 nəfər, 18-30 yaşına qədər 600 nəfər, dolayı yolla bəhrələnənlər 440 nəfərdən çox olub. Tədbirin keçirilməsində əsas məqsəd gənclərdə vətənpərvərlik tərbiyəsini yüksəltmək olub, gənclərin vətənə məhəbbəti, milli-mənəvi dəyərlərə bağlılığı ön plana çəkilib, düşmənlərin Azərbaycana vurduğu zərərlər haqqında geniş məlumat verilib. Konfransda çıxış edən layihə üzrə təlimçi ,Qazi ,təqaütdə olan  p-l  Asif  Rəsulov vurğulayıb ki, yaşadığımız dövrdə gənc nəsil kiçik yaşlarından vətənpərvərlik ruhunda tərbiyə olunmalı  və Azərbaycanın ərazi bütövlüyü uğrunda  Aprel və İkinci Qarabağ – Vətən Müharibəsi döyüşlərində iştirak edən qazi və qəhrəmanlarının  mütamadi təbliğ  olunmalıdır. Qazi   Tahir Hüseyinov  qeyd edərək   bildirdi ki,vətənpərvərlik ruhunun, milli mənəvi dəyərlərin aşılanmasında ailənin və cəmiyyətin böyük rolu  olmalıdır. Gənc Vətənpərvərlər İctimai Birliyin sədr müavini Turxan Maxmudov,  ARGTMŞ-n  , Ali təhsil və orta məktəblərlə iş şöbəsinin müdiri Aidə Hüseyinova  və digərləri şəhid ailələrinə, qazilərə diqqət və qayğısından söz açdılar. Bildirdilər ki, yeniyetmə və gənclər arasında  İkinci Qarabağ – Vətən Müharibəsi döyüşlərində iştirak edən qazi və şəhid olmuş hərbçilərin, həmçinin qazi və qəhrəmanlarının  təbliği mütamadi olmalıdır. Tədbirdə ,Dövlət gənclər siyasətinin həyata keçirilməsində ,gənclərin milli-hərbi vətənpərvərlik hislərinin gücləndirilməsində ,elm,təhsil,mədəniyyət və digər sosial  istiqamətində yüksək təşkilatçılıq fəaliyyətinə və əməkdaşlığına görə  Gənclər Fondu fəxri Fərmanla  təltif edildi. Sonda , Vətən müharibəsindəki parlaq Qələbədən, həmçinin Zəfər paradında nümayiş olunmuş hərbi texnika və ələ keçirilən hərbi qənimətlərdən bəhs edən videoçarxlar və fotoslaydar nümayiş olunmuş  ,tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Layihə iştirakçıları əsasən gənclərdən ibarət olub. Tədbirin sonunda iştirakçılara, layihə çərçivəsində nəşr edilmiş buklet, üzərində Gənclər Fondunun və Gənc Vətənpərvərlər İctimai Birliyinin loqoları əks olunmuş köynəklər və sertifikatlar paylanılıb. Tədbirdə ,Birliyin yerli şöbələri, İdarə Heyəti, könüllülər, layihə üzrə təşkilat komitəsinin üzvləri, Sabuncu rayon ictimaiyyət  nümayəndələri eləcə də QHT və KİV-lərin nümayəndələri iştirak ediblər. Qeyd edək ki, layihə  Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir.   












GVİB –n KİV  şöbəsi
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor