Gənclər Fondun maliyyə dəstəyi ilə növbəti tədbir ADPU-ə keçirilib Azərbaycan Respublikasının Gənclər Fondun maliyyə yardımı ilə Gənc Vətənpərvərlər “İctimai Birliyi (GVİB) “Gənclər arasında Azərbaycanın qazi və qəhrəmanlarının təbliğ olunmsı” adlı layihə çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetin Heydər Əliyev Mərkəzində “Zəfər Günü “ , “Şəhidlər ölməz, Vətən bölünməz” mövzusunda elmi nəzəri praktik konfrans keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və Vətən Müharibəsində ölkəmizin azadlığı və müstəqilliyi yolunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə ADPU –n Heydər Əliyev Mərkəzinin əməkdaşı Aytən Daşdəmirova açaraq bildirdi ki, 44 günlük Vətən Müharibəsində Azərbaycan Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuzun döyüş meydanında göstərdiyi şücaət və qəhrəmanlıq nəticəsində parlaq Qələbə qazanıldı. Əlbəttə, bu Qələbə asan əldə edilməyib. Yüzlərlə şəhid verdik. Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirəm. Hesab edirəm ki, Azərbaycan öz qəhrəmanlıq salnaməsinin ən unudulmaz tarixini yazdı. Konfransda cıxış redən Layihənin rəhbəri Ənənəvi karate üzrə Azərbaycan fəxri bədən tərbiyəsi və idman işcisi Müqamət Əliyev tədbir iştirakcılarını salamlayandan sonra layihənin mahiyyətindən və bu layihəyə qoşulan könülülərin fəailiyyətindən bacarığından və Mehriban xanım Əliyeva Prezident cənab İlham Əliyevin xanımı olmaqla yanaşlı, həyat yoldaşına sadiqliyi və işgüzarlığı, layiqli məsləkdaşı olmağının nəticəsidir ki, dövlətimiz daha da güclənir, regionda öz nüfuzunu qazanaraq söz sahibinə çevirilir. 2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları azad edilməsini və Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq Prezident İlham Əliyevin bu qələbəni qeyd etmək üçün xüsusi bayram gününün təsis edilməsi barədə sərəncam imzalamasını və qələbə - Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd edilməsini tədbir iştirakcıların diqqətinə çatdırdı.
Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Xəbər üçün şərhlər