» » BİR XOŞ TƏSADÜF

ƏSAS / ÜMUMİ

BİR XOŞ TƏSADÜF


Xoş təsadüflər az olmur. Bu, adamın əhvalını dəyişir, onu səmimiyyətə, xoş ünsiyyətə kökləyir. Bəli, belə xoş təsadüflərin birində bir cavan oğlana rast gəldim. O, məni görən kimi oturduğu yerdən qalxıb mənə yer göstərdi. Mən ona təşəkkür edib əyləşəndən sonra iki dayanacaqdan sonra mən avtobusdan düşəndə onun da dalımca gəldiyini görüb atüstü olsa da onunla söhbət etməyi qərara aldım. Deyə­sən, o da bunu anladı deyə addımlarını yavaş-yavaş atıb mənimlə yan-yana addım­la­yanda dedim:

– Deyəsən yolumuz birdi, bir olmasa da... Səndən bir neçə şey soruşa bilə­rəmmi?

– Əlbəttə, buyurun.

– Baxıram təhsilli, tərbiyəli bir gəncsən. Adın nədi?

– Adım Həbibdi. Həbib Ərəstun oğlu Həsənzadə. Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq münasibətlər fakültəsini bitirmişəm. Hazırda Kapital bankın Beləsuvar filialında aparıcı mütəxəssis işləyirəm.

– Demək, Beləsuvardansan?

– Bəli, atam Texniki Universiteti bitirib, anam tibb bacısı işləyir.

– Yəqin ordu sıralarında da olmusan.

– Bəli, ordu sıralarında Yevlax ərazisində xidmət etmişəm.

– Deməli, İkinci Qarabağ müharibəsində də iştirak etmisən.

– Bəli. Yadimdadır, sentyabrın 28-də çağırış gəldi, ayın 29-da Biləsuvardan birbaşa cəbhəyə yola düşdüm. Sentyabrın 29-da Füzuliyə gəldik. Mən mina axta­ran­lar dəstəsində olduğumdan minalanmış ərazilərin minalarını zərərləşdirmə işlə­rinə başladıq. Zəngilanda, Qubadlıda, Laçında, Cəbrayılda oldum. Bu yerlərdəki kənd­lərimizin,  yaşayış məntəqələrimizin xaraba görkəmi könlümü qana döndərdi, bir daha ermənilərin alçaq və rəzil bir düşmən olduqlarını yaxşı anladım. Düşmənə nifrətim birə beş artdı. Bizim gözəl Qarabağımızın bu dilbər güşələri ermənilərin əli ilə xarabalığa çevrilmişdi. Hiss etdim ki, əsgər yoldaşlarımızın hamısı mənim dü­şündüklərimi düşünürlər: “Bircə bu torpaqlarımızı bu alçaq erməni əsarətindən qurtarsaydıq!”.

Heç yadımdan çıxmır, oktyabrın 6-sı ad günümdü, əskər dostlarım məni təb­rik etdilər. Bu ayın on altısında ermənilərin artileriyası dörd saat ardı-arası kə­silmədən bizi atəşə tutdu. Mərmilər başımıza yağırdı, mən başımdan yüngül xəsa­rət aldım.

Döyüşdən döyüşə topun, minomyotun, tankın, zirehli maşınların səsinə öyrəş­dim, tüstü və barıt yiynə də alışdım. Mən də digər döyüşçü dostlarım kimi irəliyə can atır, düşməni torpaqlarımızdan vurub çıxarmağı xəyalımdan çıxarmırdım. Hər bir kəndi, yaşayış məntəqəsini düşməndən azad edəndə hamımızın üzü gülür, kön­lümüz açılırdı. Düşmən nə qədər məkrli olsa da ordumuzun qabağında tab gətirə bilmirdi, ermənilər texnikanı və silahlarını atıb qaçırdılar. Mən mina axtaranlar dəstəsində olsam da bir az ara sakitləşən kimi gözlərim öz döyüş yoldaşlarımı  ax­ta­rardı, baxırdım onlar da mənim kimi hisslər keçirirlər. Yəni bir bir-birimizi bir an da olsa unutmurduq, sanki bir ailənin övladları idik. Çünki qələbə üstə köklən­miş­dik, şanlı ordumuzun qələbə qazanacağına əmindik. Bu gözəl duyğu hamımızın ürə­yindən keçir, bizi irəliyə hərəkət etməyə istiqamətləndirirdi.

Atalarımız yaxşı deyiblər: “Niyyətin hara, mənzilin ora”. Nəhayət, arzuları­mız çin oldu, qələbə qazandıq. Mən fəxr edirəm mən də İkinci Qarabağ müharibə­sinin iştirakçısı oldum, qazı sayıldım, “Zəngilanın azad olunmasına görə”, “Qu­bad­lının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olundum.

– Həbib, nə yaxşı bir təsadüf nəticəsində görüşdük. Mən buna xoş təsadüf de­yirəm. Sən bu atüstü görüşə nə deyərdin.

  • Nə deyim. Sadəcə, bizim söhbətimiz tutdu, Sizinlə tanış oldum.

Bu görüş atüstü olsa da məndə xoş əhvali-ruhiyyə yaratdığından olduğu kimi yazıya aldım. Düşündüm ki, adamların diqqətinə çatdırım ki, xoş təsadüflər də var. Söz-söhbət ki, insanlıqdan, mənəviyyatdan, yurdsevərlikdən gedir, buna laqeyd qal­­maq olmaz. Bir Qarabağ qazisini də tanımaq və onunla söhbət etmək şərəfi mə­nə də qismət oldu.


Tacir SƏMİMİ

filologiya üzrə fəlsəfə doktoru, dosent

Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor