» » Biləsuvar rayonunda müzakirə-dinləmə keçirilmişdir.

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

Biləsuvar rayonunda müzakirə-dinləmə keçirilmişdir.

Mina Qurbanlarının Sosial-İqtisadi Probelmlərinin Həllinə Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  maliyyə yardımı ilə Biləsuvar rayonunda icra etdiyi “Mina qurbanları və qazilərin sosial təminatının gücləndirilməsi təşəbbüslərinin dəstəklənməsi” mövzusunda müzakirə-dinləmə keçirilmişdir. 

İlk öncə Vətən müharibəsində və 31 Mart Azərbaycanlıların soyqırımı günü şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri açılış nitqi ilə başlayan layihənin rəhbəri Məmmədhəsən Həsənov Vətən müharibəsi Azərbaycanın tarixi zəfəri ilə başa çatan 44 günlük müharibə, onun uğurları haqqında iştirakçıları məlumatlandırmaqla yanaşı müharibənin humanitar fəsadları, xüsusi ilə də partlamamış silah-sursat və minalarla çirklənmiş ərazilərin müqyası, təhlükləri haqqında öz fikirlərini bildirdi. O, həmçinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə mina qurbanları və qazilərin sosial təminatının daha da gücləndirilməsi məqsədi ilə həyata keçirilən layihənin icrasına göstərdiyi dəstək üçün minnətdarlığını bildirdi. 





Daha sonra layihənin eksperti Rəşad Həsənov təqdimatla çıxış edərək, hazırda Azərbaycanda mövcud olan sosial müdafiə və reabilitasiya mexanizmləri, onlardan istifadə qaydaları, davamlı təminat və inkluziv iqtisadi model qruculuğunda dövlət siyasətinin yeni istqamətləri haqqında iştirakçılara geniş məlumat verdi. 

Təqdimatdan sonra Biləsuvar rayon İcra Hakimiyyəti Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Zamiq Məsimli və Şirvan -Salyan RMF-n Biləsuvar rayon xidməti şöbəsinin müdiri Səbuhi Quliyev müvafiq sosial qrupların təmsilçiləri ilə onların gündəlik həyat fəaliyyətlərində üzləşdikləri çətniliklər, sosial müdafiə mexanizmlərinin təkmilləşdirilməsi haqqında təklifləri və sualları ətrafında müzakirələr apardılar. 

Şirvan -Salyan RMF-n Biləsuvar rayon xidməti şöbəsinin müdiri Səbuhi Quliyev Qazilərimizin bütün suallarını cavablandırdı, eyni zamanda Dövlət Məşğulluq Agentliyinin 14  saylı ƏMF-n  Biləsuvar rayon xidməti şöbəsi növbəlilik prinsipləri əsasında oktyabr və noyabr aylarında təlimləri uğurla bitirmiş vətəndaşları aktivlərlə təmin etdiyini və hal-hazırda növbəlilik prinsipləri əsasında kənd təsərrüfatı sahəsində ilkin monitorinqlərin davam etdirildiyini qeyd etdi.

Sonda Layihənin rəhbəri Məmmədhəsən Həsənov layihəyə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və tədbir iştirakşılarına öz təşəkkürünü bildirdi.


“Mina Qurbanlarının Sosial-İqtisadi Probelmlərinin 

Həllinə Kömək” İctimai Birliyinin sədri: Həsənov Məmmədhəsən Murad oğlu

Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor