» » Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvlərinin təyin edilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 1983 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli 1317 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi haqqında Nizamnamə”nin 4.4-cü bəndinə uyğun olaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin:
dövlət orqanlarından
Quliyev Vüsal İlham oğlu          –    Azərbaycan Respublikası Prezidenti Administrasiyasının 
              Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya 
              şöbəsinin Qeyri-hökumət təşkilatları ilə iş sektorunun 
              böyük məsləhətçisi
Məmmədov İlqar Kamil oğlu     –    Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat 
                                                        və notariat baş idarəsinin rəisi
Hacıyev Zakir Yusif oğlu           –    Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Təhsil, elm, 
                                                        mədəniyyət, gənclər və idman sahələrinin maliyyəsi 
   şöbəsi müdirinin müavini
qeyri-hökumət təşkilatlarından
Allahverənov Azər Kərim oğlu   –    “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai 
    Birliyinin sədri
Həsənov Əvəz Yediyar oğlu      –    “Humanitar Tədqiqatlar” İctimai Birliyinin sədri
İsgəndərov İsrayıl İsa oğlu        –    “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədri
İbrahimov Zaur İbrahim oğlu       –   “Prioritet”  Sosial İqtisadi  Araşdırmalar Mərkəzi İctimai 
     Birliyinin sədri
Quliyev Azay Əjdər oğlu              –   “Beynəlxalq Əməkdaşlıq Mərkəzi” İctimai Birliyinin sədri
Mehdiyev Nurəddin Səftər oğlu   –   “Virtual Qarabağ” İnformasiya Kommunikasiya 
                                                          Texnologiyaları Gənclər İctimai Birliyinin sədri
Orucov İlqar Nəcibəddin oğlu        –    “Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər 
                                                           Cəmiyyəti” İctimai Birliyinin sədri
Səfərova Günel Məhərrəm qızı   –    “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri.
2. “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 1983 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 739) 1-ci hissəsi ləğv edilsin.
 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 aprel 2021-ci il

Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor