» » Narkomaniya XXI əsrin bəlasıdır” adlı tədbir keçirildi

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

Narkomaniya XXI əsrin bəlasıdır” adlı tədbir keçirildi

Gənc Vətənpərvərlər İctimai  Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə  “Narkomaniyanın profilaktikası sahəsində kompleks tədbirlərin keçirilməsi   “adlı layihə çərçivəsində  Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Narkomaniya XXI əsrin bəlasıdır”  mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetin Tərbiyə işləri üzrə prorektoru Ata Babayev  açaraq bildirdi ki, Ulu Öndər Heydər Əliyev - “biz narkomaniyanı, narkotik maddələrdən qanunsuz istifadə olunmasını, onların ölkəmizdə yayılmasını, cəmiyyətimizin, xalqımızın bu günü və gələcəyi üçün təhlükəli hal hesab edirik. Ona görə də bunlara qarşı mübarizə aparmağı dövlət orqanlarının əsas vəzifələrindən biri sayıram” demişdir. Müxtəlif dillərdə, müxtəlif xalqlar, millətlər arasında tərcüməsiz anlaşılan bu söz bəla, faciə, fəlakət və ölüm sözlərinin sinoniminə çevrilərək bu gün dünyanın hər yerində eyni dəhşətlə səslənir. Narkomaniya  XXI əsrin bəlasına, ailələrin müsibətinə, xalqların faciəsinə, bəşəriyyətin fəlakətinə çevrilmiş acı və danılmaz reallıqdır. Bu gün ölkə başcısı cənab İlham Əliyevin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə imzaladığı sərəncamı insanları sağalmaz xəstəliklərə düçar edən bu dəhşətli bəlaya qarşı mübarizə sahəsində atılmış ən xeyirxah addım kimi dəyərləndirmək gərəkdir. Sərəncamda bəşəriyyətin bu dəhşətli bəlasına qarşı ayrı-ayrı dövlət strukturlarının, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin, hüquq- mühafizə orqanlarının, təhsil və səhiyyə sisteminin birgə mübarizə aparması, onun qismən də olsa yayılmasının və kütləvi hal almasının qarşısının qətiyyətlə alınması təxirəsalınmaz bir vəzifə kimi qarşıya qoyulub. Layihə rəhbəri  Müqamət Əliyev çıxış edərək bildirdi ki,  narkomaniyaya qarşı mübarizə tədbirlərinin həyata keçirilməsində əsas məqsəd gənclərin narkomaniya haqqında maarifləndirilməsi, yeniyetmələr və gənclər arasında təbliğat aparılması və sağlam həyat tərzinin  qorunmasıdır. M.Əliyev   onuda qeyd etdi ki, müasir dövrümüzdə bütün dünyada kriminal biznesin əsas hissəsinə çevirilən narkomaniya qlobal ümumbəşəri bir poblemə çevirilmişdir. Milli –mənəvi, dəyərlərimizə zidd olan narkomaniya problemi hüquqi-demokratik dövlət quran Azərbaycan dövlətini ciddi narahat edir və poblemə dövlət səviyyəsində mübarizə aparılır. Bu sahədə narkomaniya və pis vərdişlərdən uzaq olmaq məqsədi ilə gənclər arasında maarifləndirmə tədbirlərin keçirilməsi vacibdir. Öndər TV –n baş redaktoro Ramil Əliyev qeyd edərək bildirdi ki, Narkotik maddə təkçə  onu qəbul edən insanı məhv etmir,həmçinin narkomanın ailə üzvlərinin sağlamlığına mənfi təsir göstərir,onların uşaqları fiziki və psixiki  çatışmamazlıqları ilə dünyaya gəlir ,narkotiklər orqanizmə toksiki təsir göstərən və faciyəli nəticələrə gətirən üzvi(təbii) və qeyri-üzvi (sintetik) maddədir .Gəlin narkotiklərə yox deyək! Gələcəyimizi qoruyaq. GVİB-n  KIV üzrə  əməkdaşı Leyla  Səfərova , tələbə gənc  Sevlan Hüseyinov, layihə üzrə təşkilat komitəsin üzvü  N.Quliyev və digərləri narkomaniyadan pis vərdişlərtdən və az yaşlı uşaqların siqaretə və spirtli ickilərə meyilərin artmasından və onların pis mühütə düşməsindən danışdı . Sonra narkotilərin açı nəticələrindən bəhs edən Vidio- çarx nümayiş  olunmuş  suallar cavablandırılmışdr. Layihə iştirakçıları əsasən gənclərdən ibarət olub. Tədbirdə “ Milli və hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində yüksək təşkilatçılıq fəaliyyətinə və əməkdaşlığına görə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə  Fəxri Diplom təltif  edildi. Tədbirin sonunda iştirakçılara, layihə çərçivəsində nəşr edilmiş buklet, üzərində QHT Dövlət Dəstəyi Agentliyin və Gənc Vətənpərvərlər İctimai Birliyinin loqoları əks olunmuş  buklet, təsvirli  köynək və sertifikatlar paylanılıb. Tədbirdə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetin bir qrup tələbələri, Universitetin müvafiq struktur rəhbərləri və QHT –n nümayəndələri iştirak ediblər. Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir 

GVİB  KİV iş şöbəsi.














Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

  1. Sevlan Mammadov | Ziyaretçi

    Heqiqetende gözəl tədbir idi. Bu tədbirin keçrilməsində , eyni zamanda layihə rəhbəri Müqamət ,müəllimə , Öndər TV –n baş redaktoro Ramil müəllimə dərin təşəkkürlərimi bilirirəm.

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor