» » "Qarabağ Əlilləri və Veteranları" ictimai birliyi Şəki şəhərində ağac əkmə aksiyası keçirib

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

"Qarabağ Əlilləri və Veteranları" ictimai birliyi Şəki şəhərində ağac əkmə aksiyası keçirib

"Qarabağ Əlilləri və Veteranları" ictimai birliyinin Azərbaycan Respublikasının QHT-na Dövlət Dəstəyi Agentliyinin maddi yardımı ilə "Vətən müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi, iştirakçılarının tanıdılması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində tədbirlərin təşkili" adlı layihəsində nəzərdə tutulan növbəti tədbirləri şəhid ailələri və qazilərlə görüş, ağacəkmə aksiyası Şəki şəhərində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında həyata keçirildi. Tədbirdən əvvəl Şəki şəhərində yerləşən Şəhidlər  Xiyabanı ziyarət edildi və əklilər qoyuldu. Tədbiri giriş sözü ilə filalın Tədris işləri üzrə prorektoru Nurəli Çələbiyev  açdı və qanlı döyüşlər zamanı qəhrəman şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edildi. Sonra bu tədbirin Şəki şəhərində  şəhid ailələri, qazilər və tələbələrlə birgə keçirilməsinin təqdirə layiq olduğu qeyd olundu. 44 günlük Vətən müharibəsində Şəki 56 nəfər şəhid vermişdir. Layihənin rəhbəri Növrəstə Yusifova çıxışında layihə haqqında ətraflı  məlumat verdi. Tədbirdə Şəki rayon İcra hakimiyyətinin nümayəndəsi Tural Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki şöbəsinin əməkdaşları Tahir Səfərli, Nail Səfərli çıxış edərək şəhid və qazilərimizin döyüşlərdə qəhrəmanlıq şücaətlərindən danışdılar, onların keçdiyi döyüş yolunun gənc nəslin vətənpərvərlik ruhunda böyüməsində böyük rolu olduğunu qeyd etdilər. Tədbirdə təşkilatın adından döyüşlərdə göstərdiyi igidliyə və qəhrəmanlığına görə Şəhidlərin adına onların ailə üzvlərinə Fəxri fərmanlar təqdim edildi. Tələbələr çıxışları zamanı döyüş iştirakçıları olan qəhrəmanlarımızı özlərinə örnək olduqlarını bildirdilər. Tədbirin sonunda Ali Baş Komandanımız İlham Əliyev cənablarına, Azərbaycan Respublikasının QHT-na Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə və əməkdaşlarına təşəkkür bildirildi. Tədbirdən sonra Şəki şəhərində M.F. Axundov adına parkda Şəhidlərin xatirəsinə həsr olunan ağacəkmə aksiyası təşkil edildi. Parkda Vətən müharibəsi qaziləri 40 ədəd küknar ağacları əkdilər.









Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor